Məktəbə tərğib
Mənim bağım, baharım!Fikri işıqlı oğlum!Məktəb zamanı gəldi,Dur, ey vəfalı oğlum!Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,Qaranlıqlar qaçıldı,Pəncərədən gün düşdü,Otaqlara saçıldı.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,Çox yuxlamaq yamandır.Çox yuxlamaq - şeytandan,Tez durmaq - allahdandır.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Nəsihət al, nəsihət,Qıl kəsbi-elmə qeyrət!Elmsizlik bəlasıMüşkül olur, həqiqət.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Məktəbdə var şərafət,Dəftərdə var lətafət.Cari olur qələmdənŞirin-şirin hekayət.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Allah olsun sədiqin,Məktəb sənin şəfiqin;Dur məktəbə get, oğlum,Dəftər sənin rəfiqin.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Müəllimin kəlamınAl, saxla ehtiramın;Həqdən edər təmənnaMəktəbinin dəvamınEy gözüm, ey canım!Get məktəbə, cavanım!
Elm öyrən, imtəhan vər,Öz fəzlini nişan vər;Qədrin bil elmü fəzlin,Elmin yolunda can vər.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-mektebe-tergib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mütləqiyyətdə əbd şəklindəMütəşəkkil olan nifaqü təzad
Bir müdirin ki, keçməyə qolunaBir müdirin ki, keçməyə qolunaQolu bulvarda bir gözəl sənəmin,
Bir gül ("Vaiz ki, çıxar minbərə, hey püflər odu")Vaiz ki, çıxar minbərə, hey1 püflər odu,Təkfirə qoyar kimin ki, eşq isə modu;
Sipəhdar deyir ki ("Arşimed: "Bir nöqtə bulsaydım ona bil’istinad")Arşimed:"Bir nöqtə bulsaydım, ona bil’istinad