Mən şahi-qəvişövkətəm, Iran özümündür!İran özümün, Rey, Təbəristan özümündür!Abad ola, ya qalsa da viran, özümündür!Qanuni-əsasi nədi, fərman özümündür!Şövkət özümün, fəxr özümün, şan özümündür!Vermişdi atam1 gər sizə qanuni-əsasi,Bir molla kişiydi, var idi hilmi, həyasi,Bilməzdi nədir leyk ümurati-siyasi;Ey həmşəri, sən əyninə gey bitli libasi!Xəl’ət özümün, təxti-zərəfşan özümündür!Şövkət özümün, fəxr özümün, şan özümündür!İranlı deyil, cümlə bilir Məndəliyəm mən,Gürgani-cəfavü sitəmin çəngəliyəm mən,İranlıların başlarının əngəliyəm mən,Sorram, içərəm qanlarını – çün zəliyəm mən,Laşə özümün, ət özümün, qan özümündür!Şövkət özümün, fəxr özümün, şan özümündür!Gördüz ki, necə sizləri tə’dib elədim mən!Baqqal balasın leşkərə sərtib elədim mən!Atəşlə yaxıb məclisi təxrib elədim mən!Qur’anı danıb, andı da təkzib elədim mən!Sövgənd nədir, əhd nə, fərman özümündür!Şövkət özümün, fəxr özümün, şan özümündür!Osmanlıda gərçi ucalır bir para səslər,Alqışlayır ol səsləri həp qırmızıfəslər!Qəm çəkməyin, ey köhnələr, ey köhnəpərəslər!İranıma tə’sir edəməz boylə nəfəslər!Bundan sora bu ölkədə meydan özümündür!Məxluq özümün, xəncəri-bürran özümündür!Təbrizlilərin kor idimi gözləri əvvəl,Bir yerdə keçirtdik gecə-gündüzləri əvvəl,Həqqimdə yox idi oların sözləri əvvəl,Şah etdilər Iranə məni özləri əvvəl,İndi nə deyirlər dəxi, dövran özümündür!Qızlar özümündür, gözəl oğlan özümündür!Iranlı gərək ömr edə zillətdə həmişə,Nikbətdə, əsarətdə, məzəllətdə həmişə;İranlı gərək can verə qürbətdə həmişə!İranlı, itil, get yaxanı bitdə həmişə!Xaqan özümün, kişvərü saman özümündür!Şövkət özümün, fəxr özümün, şan özümündür!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira