Atamın əlini canlı heykəltəkÖmür körpüsündən keçirmək ola.Atamın əlini özünə bənzərBir daşa, qayaya köçürmək ola.

Qırışlar üst-üstə qalaqlanan il,Qayğıdır, ağrıdır, dərdin izidir.Əllər bir nəfərin, bir nəslin deyil,Bir dövrün təzadlar xəritəsidir.

Birində qəlpələr qırımlar açıb,Mərmini əliylə haqlayıb atam.Biri şum yeridi, bərəkət saçır,Bizi bərəkətli saxlayıb atam.

Birisi yaradan sızlayır hələ,Birində torpağın ağrısı, dərdi.Qəlpə dəyməsəydi iki əl iləAtam bir kəndi də yedizdirərdi...

Ürəyi qoruyub bu əl qalxanı,Sınıq qanadla da uça bilibdir.Qəlpə kilidləyən barmaqlarınıZəhmət açarıyla aça bilibdir.

İki əl – baş üstə yanaşı bayraq,Birində qan izi, birisində tər...Dava görməsən də bu əllərə bax,Dava istəyənə onları göstər...

Əllərdə gül əksən, biri al bitər,Birinin gözünə sübh şehi dolmuş.Atamın bir əli cəbhədə əsgər,Biri Yardımlıda əkinçi olmuş!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri