Atam ucaboylu bir cavan idi,Bu saçıqırovlu yaşımdan cavan.Gülüşü dumanı göydə əridir,Yollar tük tökürdü addımlarından.

Bir kimsə qolunu bükə bilməmiş,Mərdliklə tapmışdı dünya varını.Biçində önünə keçən tapılsa,Dəryazla qırardı dabanlarını.

Ehtiyac kölgədi neçə bahar, qışTorpaqdan güc alıb ürəklənirdi,Dostların xırmanı həşəm olmamışOnun buğda tığı kürəklənirdi.

Toylar çoxalırdı payıza sarı,Çalğıdan qaçardı obanın dərdi.Cıdırda bağrını dəlib yollarınKəhərin belində öndə gələrdi.

Yeri öndə idi hər işdə, hər an,Yeri öndə idi xeyirdə, şərdə.Ancaq zəhmətinə pay düşən zamanOnu səslərdilər dal cərgələrdən...

O uzaq illərin üzü daim ağ,O uzaq illərin sədası təmiz.Yeməyə tox baxıb, işə ac baxmaqOlmuşdu birinci əxlaq dərsiniz.

Balta qandalları vurdu əlimə,Üzümə çöllərdə açdı danımı.Mən verdim öz torpaq müəlliməməZəhmətdən birinci imtahanımı.

Sevin ki, atalar heykəli təki,Ey ürək, nişana qalanlardanam.Mən elin əlindən qılıncı ilkin,Çələngi sonuncu alanlardanam...

1.II.1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri