Bu dildə anlaşırlaruzaq-uzaq ulduzlar,Pıçıldaşan çiçəklərdanışır dərd dilində.Kim kəsib, harda kəsibağacın qollarınıKəsik qollar baş-başaalışır dərd dilində.Bu dilin ilk kəlməsigünəşdi – oddan gəlir,Birinci qəm havası –Tanrıdan ayrı düşmək!Buna görə yollarınkələfi bir əldədir,Yalnız yolun haqqıdırTanrı ilə görüşmək!İnsanın kainatasəsini duyurmağaGöndərilən qızıl val –musiqidi – dərd dolu.Harda yaşayış varsaonu anlaya bilər,Canlı varsa, dərd də var,Həyat yolu – dərd yolu!..Aşar milyon illəri –yer sönər, səsi sönməz,Bu dildi aləmlərintərcüməsiz, tək dili.Torpağa endirəndədönər çörək dilinə,Göylərə qaldırandaruh dili, ürək dili...

Nə vaxtdı yol gəlirəmtale tacı başımda,Doğuşdan ölüməcənvuruş, qırğın, qazanc, iş...

Hara getdim içimdəyeni bir dil həsrəti,Həsrətsiz öyrəndiyimyalnız dərdin diliymiş!Dərd dünyanı kiçildir,hamı onun acizi,İnsan dil qohumudu,ağıyla, qarasıyla.Sevinci ocaq kimiqabağına eşənlərOcaqda birləşmədi,birləşəcək yasıyla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri