Kişi ömrü
Dərd-ölümün elçisiÜrəyimi yesə də bir üzdən,Qeyrəti sıxıb sinəməyaşaram ürəksiz də!Bulud kimi əridiilxı-ilxı köhlənim,Mazğalların kor gözüboş yollara dikili.Dünya sahillərini döyəcləyən dənizimHeç yanda yer tapmasaürəyimə çəkilir.Oyanar vaxtı gəlcəko qeyrət də, o ad da!Təki öz yaddaşımı özüm kəsibatmayım.Ən qəddar düşməni də süpürərəm yolumdan,Təki öz düşmənimdən özüm büt yaratmayım.Ucalığı sevirəm: Ancaq məzar üstə yox,Ondansa bulaq olam, ot olam, yarpaq olam.Hər küləyə əl çalan budaq ola bilmərəm.Səssiz çöllərimizdə bir ovuc torpaq olam!Yaşamaq imtahandı doğulandan ölənə,Ürəyi şüşə kimi daşlara çalır zaman.Qoy Nəsimi sinfinə yazsın mənim adımıƏyilməzlik dərsindən verəcəyim imtahan!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-kisi-omru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xalqın ürək yanğıları daş əridir,Dağ oynadır könlündəki ağrı-acı,
Siz nə umursunuz bu gedişatdanBizi qananlardan bizi danan çox,Xırda oyunlarda xırdalanan çox,
Təbrizlə görüşBu görüşü dərdə dərman bilmişdim,Həsrətinlə çox ağlayıb gülmüşdüm,
Şeirdən küsmüşəmMən şeirdən küsmüşəm,Sözümdən küsən kimi.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mən gedirəm, halallaşaq, ayrılaq,Görmüşəm sizlərdə vəfanı, dağlar!
YarKönül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Kuba leysanlarındaTökülən seldən-sudanBir addım yol görünməz.