Mən şeirdən küsmüşəm,Sözümdən küsən kimi.Qardaşımdan, bacımdanÖzümdən küsən kimi.

Onun nə vecinədi,Kim gedir, kim inciyər.Söz-Allah vergisidiAllahdan da inciyəm.

Sinəsində Vətəniyerləşdirə bilmirsə,qonşunu qonşu iləbirləşdirə bilmirsə,odundan, atəşindənaçılmırsa donumuz,Onunla onsuz kimidəyişməzsə sonumuz,Şerim bircə namərdiKürsüsündən atmırsa,Yüz-yüz qana batanınBurnunu qanatmırsa,Daş eləyə bilmirsəYurda uzanan əli,Şer zamanı deyil.Aldanmışam deməli!

Yalqızlıqdan bezmişəm,Dil bilən həmdəm deyil.Mən şeirdən küsmüşəm,Yarama məlhəm deyil!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri