Yay gününə əsən yellər görün nə deyir,Yol üstündə yaddan çıxdı hansı varımız.Harda qaldı bu dünyanın ilk gözəlliyi,Tayaları zirvələnən xırmanlarımız.

Qaşınanda yaz otunun daşqınlarındanBir naxırın dırnağında gümüşlənərdi.Bir el gəlib xırmanlığa yığışan zamanXırman özü dünya boyda genişlənərdi,

Açılardı qocaların hikmət boğçası,Ötən qışın son qisməti bölünərdi tən.Vəl dişləri ən qədimi bir yazı yazırTaxta üstə çuqun sacın qətrələrindən.

Ağbirçəklər bir tərəfdə verib baş-başa,Nəğmələri göz yaşına qarışıb gedir.Xatirələr ülgüc kimi tutulur daşaBir gülüşdə yüz ağrının qırışı gedir...

Tutun, tutun od yelkənli o ürgələri,İlk xırmanın həşəmini at ayaqlasın.Cilovunu filankəsin oğluna verinXamını da yumşaldacaq, Allah saxlasın!

Qayıq kimi batıb-çıxır qoşalaşan vəl,Bu bərəkət dəryasına qərq olmaq asan,Bu adətdi qismətinə yetməzdən əvvəlPərvanətək başına da dolanmalısan.

Yandan keçən yolçuları endirin atdan,Ruzumuzun nübarından dadmaq vaxtıdı.Xırman-qızıl sacımızdı günəşin altdaTonqalımız el sevinci! Çatmaq vaxtıdı!

Küləklənir, kürəklənir yay bərəkəti,Dolu kimi sovruqçunun başına yağır.Xırman üstə qanad açan bu qızıl çətirİşıq olub ac gözlərin qışına yağır.

Tayaların pərqusunda kim yatır yenə,Bu bərəkət taxtı üstəmən-balaca şah!Milyon illik yollar keçib yetişir mənəUzaq-uzaq ulduzların nəğməsi, Allah!

Mən olmuşam, ya başqası bu yolu keçən,Həsrət ilə boylanıram ömrün yazına.Yay gəlibdi, daş qəfəsdə yenə hər gecəOyanıram zəmilərin xışıltısına!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri