با کمال احتیاج، از خلق استغنا خوش است
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
با کمال احتیاج، از خلق استغنا خوش استبا دهان خشک مردن، بر لب دریا خوش است
نیست پروا تلخکامان را ز تلخیهای عشقآب دریا در مذاق ماهی دریا خوش است
کوهِ طاقت برنمیآید به موج حادثاتلنگر از رَطلِ گران کردن در این دریا خوش است
بادبانِ کشتیِ مِی نعرهٔ مستانه استهایوهوی مِیکَشان در مجلس صهبا خوش است
خرقهٔ تزویر از باد غرور آبستن استحقپرستی در لباس اطلس و دیبا خوش است
ماه در ابر تُنُک جولانِ دیگر میکندچهرهٔ طاعت، نهان در پردهٔ شبها خوش است
هر چه رفت از عمر، یاد آن به نیکی میکنندچهرهٔ امروز در آیینهٔ فردا خوش است
فکر شنبه تلخ دارد جمعهٔ اطفال راعشرت امروز بی اندیشهٔ فردا خوش است
برق را در خرمن مردم تماشا کرده استآن که پندارد که حال مردم دنیا خوش است
زور بر راه آوِرَد چون راهرو تنها شوداز دو عالم، دشتپیمایِ طلبتنها خوش است
ناقصان در پردهٔ ظلمت نمیبینند نورورنه پیش کاملانْ طاوسْ سر تا پا خوش است
Məqtə — şairin təxəllüsü olan son beyt. هیچ کاری بیتأمل گرچه صائب خوب نیستبیتأمل آستین افشاندن از دنیا خوش است
Ehtiyacın varsa da, qəlbən tox olsan, yaxşıdır,Dəryadan minnət belə çəkməzsə insan, yaxşıdır.
Bəxtsizlər eşqidən çəksə bəlalar, inciməz,Şor sudan qorxmaz balıq, hər yerdən ümman yaxşıdır.
Yol gedən tək olsa, tək də qət edər axır yolu,Hər iki aləmdə kim tək etsə cövlan, yaxşıdır.
Hiyləgər bez köynəyi geysə, təkəbbürlə gəzər,Əyninə atlas geyə saf qəlbli insan, yaxşıdır.
Şənbənin fikrin çəkər cümə gələndə hər uşaq,Günləri sən xoş keçirt, var əldə imkan, yaxşıdır.
Dəryada yelkən açıb sərxoşlar hay salmış nahaq,Kuzələr salsa haray məclisdə, ondan yaxşıdır.
İldırımdan yansa xalqın xırmanı, dargöz adamƏl uzatmaz, söyləyər, yansa bu xırman, yaxşıdır.
Ay buludda gizlənəndə ayrı cür görkəm alar,Çün gözəl çöhrə gecə örpəkdə pünhan yaxşıdır.
Hər ötən gün sonradan xatırlanır xoş röyatək,Fikr edirsən ki, dünən hətmən sabahdan yaxşıdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər işi yüz ölçmədən beş biçməyin yox faydası,Sən də, Saib, hər işi yüz ölç, doğrudan yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-1012
← → düymələri ilə keçid, R — təsadüfi şeir