آب کن در شیشه ساقی گر شراب صاف نیستکشتی ما را به خشکی بستن از انصاف نیست

Şişəni su ilə doldur, gər şərabın yoxdusa,Qayığı çəkmə sudan, bir iztirabın yoxdusa.

می توانست از زر گل کرد ما را بی نیازحیف گوش باغبان را پرده انصاف نیست

İstəsən, əlvan gül ilə doldurarsan qoynunu,Bağıban tutmaz xəbər, onla hesabın yoxdusa.

گوهر نایاب را بتوان به شیرینی خریددر بهای بوسه ای گر جان دهی اسراف نیست

Gövhəri şirniylə bu əyyamda kim eylər əvəz?Busə al, ver canını, özgə savabın yoxdusa.

گر سخن کیفیتی دارد سرایت می کندهیچ عیبی اهل معنی را بتر از لاف نیست

Hər zaman mənalı söz təsir edər, aydındı bu,Söz uzatmaq eybdir, doğru cavabın yoxdusa.

پشت بر من می کند هر گاه رویی دید ازوسینه ام با سینه آیینه زان رو صاف نیست

Çöhrəni məndən çevirmə, arxadan görrəm onu,Sinəmə əksin düşər üzdə niqabın yoxdusa.

خرمن مه پیش من یک جو ندارد اعتباردانه عنقای ما جز نقطه های قاف نیست

Saldığın xırman gözümdə bənzəyir bir danəyə,Danəni Ənqa udar, artar, əzabın yoxdusa.

Məqtə — şairin təxəllüsü olan son beyt. در سخن از عرفی و طالب ندارد کوتهیعیب صائب این بود کز زمره اسلاف نیست

Məqtə — şairin təxəllüsü olan son beyt. Ürfi ilə Talibin tərifin eylə hər zaman,Eybidir, Saib, sənə, dosta kitabın yoxdusa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana