از مرگ به ما نیم نفس بیش نمانده استیک گام ز سیلاب به خس بیش نمانده است

Ölüm ilə aramız bircə nəfəs, çoxmu qalıb?Sel gəlir, himmət elə, qarşını kəs, çoxmu qalıb?

نازک شده سر رشته پیوند تن و جانمرغی به لب بام قفس بیش نمانده است

Vaxt çatıb, ayrılaraq tərk eləyir ruh bədəni,Düşəcək dam qırağından bu qəfəs, çoxmu qalıb?

چون برگ خزان دیده و چون شمع سحرگاهاز عمر مرا نیم نفس بیش نمانده است

Bir payız yarpağıtək gör necə də soldu ömür,Başqa bir fikrə daha düşmə əbəs, çoxmu qalıb?

در ناله دلها ز اجابت اثری نیستنالیدن پوچی ز جرس بیش نمانده است

Bu qədər nalə edibsən, əsəri oldu ona?Hələ o odlu həvəs bitmədi, bəs çoxmu qalıb?

نه کوهکنی هست درین عرصه نه پرویزآوازه ای از عشق و هوس بیش نمانده است

Hanı Xosrov, hanı Fərhad, hanı Şirin, de görək!Hanı o odlu məhəbbət, o həvəs, çoxmu qalıb?

زان حسن گلوسوز که صد تنگ شکر بوداز غارت خط، بال مگس بیش نمانده است

Hanı şəkkər ləbinin şəhdi, düşür bir də yada,Onu qarət elədi hansı məgəs, çoxmu qalıb?

وقت است چو خورشید درآیی به کنارمکز عمر مرا یک دو نفس بیش نمانده است

Vaxt çatır, ey günəşim, gəl başım üstündə otur,Qorxuram gəlməyə bir də bu nəfəs, çoxmu qalıb?

Məqtə — şairin təxəllüsü olan son beyt. بر روی زمین صائب و بر چرخ مسیحادر انفس و آفاق دو کس بیش نمانده است

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu geniş göylərin altında qalan kimdi daha?O Məsiha ilə Saib, iki kəs, çoxmu qalıb?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri