در عالم بالاست تماشایی اگر هست
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
در عالم بالاست تماشایی اگر هستبیرون ز مکان است و زمان جایی اگر هست
چیزی که بجا مانده همین ترک تمناستدر خاطر عشاق تمنایی اگر هست
در غیبت خلق است اگر هست حضوریدر ترک تماشاست تماشایی اگر هست
اشکی است که در ماتم امید فشاننددر روی زمین آب گوارایی اگر هست
آهی است که از سینه افسوس برآیددر باغ جهان نخل تمنایی اگر هست
از ساده دلی چون گذری عالم مستی استدر زیر فلک دامن صحرایی اگر هست
بر گرد جهان دور زدن بر تو حلال استخورشید صفت دیده بینایی اگر هست
در آینه تار، پری دیو نمایندصاف است جهان جان مصفایی اگر هست
بر طوطی جان، تلخی غربت ننمایددر خانه دل آینه سیمایی اگر هست
گردست فشاندن به دو عالم نتوانیدر دامن عزلت بشکن پایی اگر هست
زنهار که غافل مشو از خامه نقاشدر مد نظر صورت زیبایی اگر هست
Məqtə — şairin təxəllüsü olan son beyt. صائب دل پر خون بود و دیده خونباردر مجلس ما ساغر و مینایی اگر هست
Bizdən ucada, bəlkə də, bir sirli cahan var?Varsa, orada özgə həyat, özgə zaman var.
Nə qaldı bizə, fikr eləsən – bircə təmənna,Aşiq sinəsində o təmənnanı duyan var?
Övladi-bəşərdən kənara varmı bir insan?Kim görmüş onu, varmı hanı, harda nişan var?
Göz yaşı tökürlər ümidin matəmi üçün,Bu yer kürəsində nə qədər abi-rəvan var?
Əfsus ilə ahdır – ucalır hey sinələrdən,Bu bağ verəcək tazə bəhər, bir də güman var?
Sən aləmə baxmaqda, çalış, sadədil olma,Bu torpağın altında məgər özgə cahan var?
Div göstərir hərdən mələyə sirrili ayna,Bəlkə, bu cahanda yenə bir sirri-nihan var?
Dünyanı dolan sən də günəş tək, halalındır,Pak duyğulu insanlara bundan nə ziyan var?
Can tutisinin sözləri heç vaxt acı olmaz,Sinəndə onu əks eləyən ayna, inan, var.
Gəlmirsə iki dünyada bir iş ki əlindən,Bir küncə çəkil, gözlə, hələ ömrə aman var.
Məqtə — şairin təxəllüsü olan son beyt. Saib desə öz dərdini, qan ağlayacaqdır,Bu məclisimizdə nə qədər dərdi duyan var.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-2173
← → düymələri ilə keçid, R — təsadüfi şeir