به ذوقی تکیه بر شمشیر جسم لاغرم دارد
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
به ذوقی تکیه بر شمشیر جسم لاغرم داردکه شبنم در کنار گل حسد بر بسترم دارد
به دریای پر از شور حوادث آن صبورم منکه بی آرامی دریا خطر از لنگرم دارد
ندارد بزم جانان محرمی محرومتر از منادب لب تشنه در آغوش آب کوثرم دارد
فروغ عشق خورشیدی است در ابر وجود منکه نیل چشم زخم از بخت چون نیلوفرم دارد
من آن یاقوت سیرابم که گر رو در محیط آرامصدف دست تهی در پیش آب گوهرم دارد
به این تردامنی در حشر اگر از خاک برخیزمخطرها آتش دوزخ زدامان ترم دارد
دل موری نشد مجروح از تیغ زبان منچرا در پیچ و خم گردون چو زلف جوهرم دارد؟
نمی گردد به کشتن صاف با من سینه گردونکه این آیینه چشم صیقل از خاکسترم دارم
Məqtə — şairin təxəllüsü olan son beyt. نظر در دامن دریای خم وا کرده ام صائبکی از دست سبو چشم نوازش ساغرم دارد؟
Mənim bu görkəm ilə çün qılınca bənzərim vardır,Gülə qonmuş şehi, valeh edən bir bəstərim vardır.
Həyat bir dəryatək coşdu, mən isə səbrilə dözdüm,Fəqət bu dəryadan coşqun içimdə qəmlərim vardır.
Mənimtək yar bəzmindən olan varmı cida, söylə,Özüm təşnə dolansam da, sanarlar kövsərim vardır.
Bu görkəmdə gedərsəm mən, qiyamətdən də yox qorxum,Mənə ondan xətər dəyməz, kimə dərdi-sərim vardır?
Məni öldürsə də hərgah göyün köksü, durulmaz heç,Onu pak etməyə ancaq mənim xakistərim vardır.
Mahaldır incisin məndən qarışqa da bu aləmdə,Fəqət zalim fələkdə nə kərəm var, nə kərim vardır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gözün Saib açanda mey küpün gördü bu dünyada,Mənimsə al şərab ilə dolu bir sağərim vardır.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-2922
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
ای بسته جفا با دل و گشته ز وفا دورکرده دل من زار بقول و سخن زور