جان ما تاب زهر زلف پریشان نخورددل ما آب ز هر چاه زنخدان نخورد

Hanı bizdə elə can, zülfi-pərişana dözə,Ümidim yoxdu, ürək bir də bu hicrana dözə.

می این بزم به خوناب جگر آغشته استطفل بی گریه دمی شیر ز پستان نخورد

Kim təkəbbürlülüyün sındıra bilmirsə əgər,Aşiqəm, – söyləməyə, çıxmaya meydana, dözə.

تا کسی نشکند آیینه خودبینی راآب چون خضر ز سرچشمه حیوان نخورد

Burda işrət meyi dönmüş yenə qəlbin qanına,Süd üçün körpə gərək başlaya əfğana, dözə.

به تهیدستی و بی برگی خود ساخته ایمچون سر دار، سر ما غم سامان نخورد

Bu cahanda nəyimiz vardı ki, həsrət də çəkək,Təkcə arzum budu, qəlbim dara mərdanə dözə.

طره خم به خمش شب همه شب می لرزدکه نسیمی به چراغ دل سوزان نخورد

Qıvrılan telləri sakit kecədə titrər onun,Aşiq istər o telə hər toxuna şanə, dözə.

نشود واسطه رزق جهان چون یوسفهر که یک چند دل خویش به زندان نخورد

Yusifə çatmaq əgər istəsə dünyada biri,Yeyə qəlbin qanını, bir də ki, zindana dözə.

رزق ما تنگ زاندیشه بی حاصل ماستنان کسی می خورد اینجا که غم نان نخورد

Kim çörək dərdini çəkmir, o yeyir burda çörək,Kim çörək dərdi çəkirsə, o gərək yana, dözə.

Məqtə — şairin təxəllüsü olan son beyt. نیست سرگشتگی عشق به صائب مخصوصکشتیی نیست درین بحر که طوفان نخورد

Məqtə — şairin təxəllüsü olan son beyt. Eşq sərgəştəliyi Saibə məxsus ki deyil,De, hanı öylə gəmi, düşsə bu tufana, dözə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq