شوق من قاصد بیدرد کجا می داند؟
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
شوق من قاصد بیدرد کجا می داند؟آنقدر شوق تو دارم که خدا می داند!
Dərdi yox qasidin, o, dərdimi hardan bilsin,Yalnız Allah biləni, sanma ki, insan bilsin.
تو همین سعی کن ای کاه سبکروح شویروش جاذبه را کاهربا می داند
Səy edirsən ki, samantək ola ruhun yüngül,Cazibə qüvvəsini, bəlkə, o, asan bilsin.
هرکه فرهاد صفت جوهر مردی داردتیشه را بر سر خود بال هما می داند
Hər kəsin vardısa Fərhad kimi mərdanəliyi,Tişənin zərbəsinə başını qalxan bilsin.
بوته خاری اگر در کف صرصر بینددل سرگشته من راهنما می داند
Tikanı caynağına alsa əgər çöldə külək,Ürəyim sədd çəkəcək yollara, tufan bilsin.
گاه در خواب و گهی مست و گهی مخمورستچشم پرکار تو کی حال مرا می داند؟
Gahi məst, gah yuxulu, gah da xumardır gözəlim,Bu qədər işlə mənim dərdimi hardan bilsin?
Məqtə — şairin təxəllüsü olan son beyt. صائب از لاله عذاران چه توقع داری؟گل ده روزه چه آیین وفا می داند؟
Məqtə — şairin təxəllüsü olan son beyt. Güllərin beş gün olur ömrü, bu gül üzlülərə,Saib, aldanma ki, o, əhd, ya peyman bilsin.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-3477
← → düymələri ilə keçid, R — təsadüfi şeir