شوق می از بهار گل اندام تازه شدپیوند بوسه ها به لب جام تازه شد

از چهره گشاده سیمین بران باغآغوش سازی طمع خام تازه شد

زان بوسه های تر که به شبنم زگل رسیدامید من به بوسه وپیغام تازه شد

میلی که داشتند حریفان به نقل ومیاز چشمک شکوفه بادام تازه شد

از نوبهار سبزه مینا کشید قداز آب تلخ می جگر جام تازه شد

زان خنده ای که غنچه به روی نسیم کردشاهد پرستی دل خود کام تازه شد

داغی که به به خون جگر کرده بود دلاز روی گرم لاله گلفام تازه شد

شب از شکوفه روز شد وروز شب زابرهنگامه مکرر ایام تازه شد

حاجت به رفتن چمن از کنج خانه نیستزینسان که از بهار در وبام تازه شد

زاحرامی شکوفه ولبیک بلبلاندل را به کعبه رغبت احرام تازه شد

Məqtə — şairin təxəllüsü olan son beyt. صائب ترا زسردی دوران خزان مبادکز نوبهار طبع تو ایام تازه شد

Gəldi yenə gül fəsli, bu əyyam təzələndi,Camın dodağın öp, yenə də cam təzələndi.

Açdı üzünü bağdakı güllər, yenə güldü,Gülşəndə yenə başladı bayram, təzələndi.

Şəbnəm öpərək gül yanağından xumar oldu,Bir busə üçün qəlbdə ilham təzələndi.

Qönçə açaraq ləblərini güldü nəsimə,Kim gördü bunu, sinədəki kam təzələndi.

Mey içmək üçün bir də həvəsləndi ürəklər,Gül açdı bütün bağ boyu badam, təzələndi.

Sanma ki, hamı seyrə çıxıb çöldə, çəməndə,Gül üzlü bahar gəldi, həyət, dam təzələndi.

Bülbüllər üçün Kəbəyə döndü yenə güllər,Kəbə təzələndi, demək, ehram təzələndi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Dövran nə qədər göstərə sərt üz sənə, Saib,Qəm çəkmə, bahardır, yenə ilham təzələndi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana