کند لیلی چنین گر جلوه مستانه در صحرا
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
کند لیلی چنین گر جلوه مستانه در صحراشود هر لاله بر مجنون من میخانه در صحرا
گرفتار محبت روی آزادی نمی بیندکه موج ریگ زنجیرست بر دیوانه در صحرا
بیابان را غزالی نیست بی خلخال چون لیلیز زنجیر جنون پاشیدم از بس دانه در صحرا
تو کز دیوانگی بی بهره ای، دریوزه می کنکه ما را چشم شیرست آتشین پیمانه در صحرا
نگردد غافل از احوال عاشق عشق در هجرانشود داغ غریبی شمع بر پروانه در صحرا
نمی گردید یاد شهر، مجنون مرا در دلاگر می داشتم از سنگ طفلان خانه در صحرا
نمی اندیشد از ژولیده مویی هر که مجنون شدکه دارد پنجه شیران مهیا شانه در صحرا
مخور ز اندیشه روزی دل خود چون شدی مجنونکه بهر وحشیان کم نیست آب و دانه در صحرا
مهیا ساز از داغ جنون مهر سلیمانینشست و خاست کن با دام و دد، یارانه در صحرا
چو مجنون در سرم تا بود شور عشق، می آمدصفیر نی به گوشم نعره شیرانه در صحرا
به حرص شهریان صد خانه زر برنمی آیدز ابرام گدایان داشت حاتم خانه در صحرا
به چشم هر که چون مجنون پرست از جلوه لیلیبود هر گردبادی محمل جانانه در صحرا
مکن در کار میزان جنون سنگ کم ای مجنونگریزی چند از اطفال، نامردانه در صحرا؟
کنون از سایه من می رمد آهو، خوشا روزیکه از ناف غزالان داشتم پیمانه در صحرا
ز یاد خیمه لیلی همان روزم سیه باشداگر با دیده آهو شوم همخانه در صحرا
Məqtə — şairin təxəllüsü olan son beyt. ز سودا آنچنان صائب به وحشت آشنا گشتمکه خضر آید به چشمم سبزه بیگانه در صحرا
Görünsə nagahan Leyli əgər məstanə səhrada,Olar Məcnun əlində lalələr peymanə səhrada.
Əsiri-eşq olar hər kəs, gedər azadlığı əldən,Qumun hər dalğasın zəncir bilər divanə səhrada.
Biyabanda hanı Leyli kimi xalsız olan ceyran?Cünunluq zəncirindən mən atıldım yanə səhrada
Bunu fikr etməz hər Məcnun, dağıtsa zülfünü yellər,Pələngin pəncəsindəndir fəqət hər şanə səhrada.
Cünunluq dağı səhrada Süleyman möhrünə bənzər,Cünunlar mehriban olsun gərək heyvanə səhrada.
Şəhər əhlinə yüz ev tik qızıldan, gözlər doymaz,Biyaban əhli Hatəm tək salıbdır xanə səhrada.
Qaçar məndən də ahular, fəqət bir vaxt xoşbəxtdim,Çıxardım ahularla mən necə seyranə səhrada!
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu tənhalıq məni, Saib, axırda vəhşətə saldı,Elə zənn eylərəm, oldum daha biganə səhrada.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-451
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Talıb bəy VəzirovaAyırdın mənə, Talib, ki, əzən xub oldun,Nəzəri-mərhəmətü lütfilə mərğub oldun.