Səhifə 1 / 3

Səhnə Qəzvin şəhərində ŞahAbbasın sarayını təsvir edir. Sarayın ancaq
bir tərəfi görünür. Ortada Şah Abbasın taxtı. Sağa iki, sola bir qapı var. Yerə qiymət-
li fərşlər döşənmişdir, iki tərəfdə böyük saxsılarda xurma ağacları, taxtın ayağı altın-
da pələng dərisi. Uzun papaqlarının arasından ağ şal bağlamış sofi dərvişlər ney çalıb
oxuyur, arabir rəqs havası çalınır. Sofilər coşub oynayır, ancaq özləri görünmürlər. Bir
az sonra ŞahAbbas sofilərlə gəlib taxtına oturur. Sofilər başlarını, əllərini oyna-
da-oynada rəqs edirlər. Rəqs bitdikdən sonra: “Yahu, yahu, la ilahə illahu” – deyə-
deyə Şah Abbasa təzim edib saraydan çıxırlar. Şah taxtın yanında durub gözlərilə on-
ları təqib edir. Hərəmxananın qapısından Səlma daxil olur. Şah Abbas aşiqanə nə-
zərlə onu süzür, hər ikisi bir-birinə doğru gəlir.

Şah Abbas. Səlma, babamın müridləridir, bu gün məni ziyarətə, taxtımı, tacımı dualamağa gəlmişlər.

Səlma. Bu ney səsi nə qədər gözəldir!

Şah Abbas. Səndəndəmi gözəldir? (Səlmaya aşiqanə nəzərlə baxaraq) Səlma, sən bu gün gözümə bambaşqa görünürsən. Bilmirəm mənmi dəyişdim, ya sənmi? Məsumanə baxışlarındakı bu sevimli atəşi, sübhün saf şəfəqlərini andıran üzündəki bu saf və parlaq rəngi səndə heç bir zaman görməmişdim. Sən bu gün başqa bir afətsən!..

Səlma (mənalı gülərək). Padşahım, mən hər zamankı Səlmayam, nədənsə sizin şahanə nəzərlərinizə bu gün belə görünürəm.

Şah Abbas. Gözəl Səlma, sən mənim üçün həmişə təzə və dilbərsən. Sən gözəl olmasaydın, hərəmxanəmin baş hərəmi, bağçamın şah çiçəyi, tacımın şah gövhəri olmazdın.

Səlma (istehza ilə). Nə qədər xoşbəxtəmmiş!

Şah Abbas. Sənmi çox xoşbəxtsən, yoxsa mənmi? Sən yalnız İran torpağına sahib olan Şah Abbasın qəlbinə sahibsən, mən isə bütün dünya gözəllərinin gözü olan gözəl Səlmaya.

Danışa-danışa hər ikisi çıxır. Vəzir
MirzəMöhsünfərraşbaşı ilə gəlir.

Mirzə Möhsün. A gədə, sənə demədim fərraş göndər Hacı Qulu xanı çağırsın?!

Fərraşbaşı (iki əlini döşünə qoyub əyilə-əyilə). Göndərmişəm, qurban! Bu saat haradadırsa gəlib çıxar.

Bu zaman HacıQulu xan daxil olur. Fərraşbaşı vəzirin işarəsilə
səhnədən çıxır.

Mirzə Möhsün. İrəli gəl!

Hacı Qulu xan əli döşündə əyilə-əyilə gəlir.

Hacı Quluxan. Səlaməleyküm, qurban... (Vəzirə bir kisə qızıl pul uzadır) Bağışlayın.

Mirzə Möhsün (kisəyə əryi-əyri baxıb). Nə qədərdir?

Hacı Quluxan. On min tümən...

Vəzir əlilə kisəni itələyir.

Mirzə Möhsün. Gedə, bu mənim bığlarımı yağlamağa çatmaz.

Hacı Quluxan (əli döşündə əyilib təzim edərək). Qurbanın olum, sizə məlumdur ki, bu il quraqlıq olduğundan şəhərdə taxıl qıtlığı var; ona görə ticarətim çox kasaddır.

Mirzə Möhsün. Dastan oxuma, bu sözlər mənim qulağıma girməz! Əlli min tüməndən az gətirmə.

Hacı Quluxan. Qurbanın olum, mənim halımı da nəzərə alın.

Mirzə Möhsün. Sözüm sözdür, əlli min tüməndən az olmayacaq.

Hacı Quluxan. Qurbanın olum... (Vəzir onun sözünü kəsərək)

Mirzə Möhsün. Dərdini bilirəm. Taxılın qiymətini birə-iki artır.

Hacı Quluxan. Baş üstə, baş üstə...

MirzəYəhya gəlir. Hacı Qulu xan ikiqat əyilir.

Mirzə Yəhya. Gədə, bəs mənim haqqım hanı?

Hacı Quluxan (əli döşündə, yırğalana-yırğalana). Sizin, sizin... haqqınız... (Mirzə Möhsünə baxır)

Mirzə Möhsün. Sən nə itirirsən, taxılın qiymətini birə-üç artır.

Hacı Quluxan. Fəda olum sizə, taxılın qiymətini birə-üç artırsam, xalq mənə düşmən olar. Bir də ki, alan olmaz.

Mirzə Yəhya. Sən onun dərdini çəkmə, canı da çıxıb alar! Acından ölməyəcək ki...

Hacı Quluxan. Baş üstə, qurban, doğru buyurursuz, acından ölməyəcəklər ki... (Təzim edərək gedir)

Vəzirlər bir-birinə baxıb gülürlər.

Mirzə Yəhya. Bu hacı da yaman tülküdür. Siz taxılı birə-üç baha sat dediniz, o, dədəsinin qiymətini də üstünə qoyub satacaq.

Mirzə Möhsün. Eh, özü bilsin, bizdən nə gedir?!

Hər ikisi danışa-danışa çıxır. Xacə gəlib,
onların arxasınca baxır, başını bulayır.

Xacə. Bu sarayın fərraşından tutmuş, padşahına qədər hamısı cibkəsən, hamısı quldurdur.

Hərəmxanada çalıb-oxuyurlar. Xacə qulaq asır və arabir çalınan oyun havasına uy-
ğun əl-qol atır. Mollabaşı daxil olur.

Mollabaşı. Xacə, sən də oynayırsan?

Xacə (utanaraq). Bəli, qurban, hərəmxananın havası məni də oynadır.

Mollabaşı. Oynadar, oynadar, o çoxlarını oynadıb. Şahı görmək olmayacaq?

Xacə. Xeyr, qurban, başı çox qarışıqdır.

Xacə çıxır, qoca münəccim Cəmaləddin daxil olur.

Cəmaləddin. Salamlar olsun Mollabaşıya.

Mollabaşı. Vəəleyküməssəlam. Sizi də sarayda görmək olurmuş.

Cəmaləddin. Qocalıq mane olsa da, arabir qibleyi-aləmin gözünə görünmək lazımdır, çünki məsəldir, gözdən uzaq, könüldən də uzaq olur.

Mollabaşı. Yox, elə deyil, sarayın dilini bildiyiniz üçün siz həmişə könüllərdə gəzirsiniz.

Hər ikisi getmək istərkən Xacə görünür. Mollabaşı istehza ilə.

Mollabaşı. Xacə, yavaş-yavaş qocalırsan, tez ol evlən, sənə özüm kəbin kəsəcəyəm.

Xacə bu sözdən çox pərişan olur, əsəbi səslə

Xacə. Mollabaşı həzrətləri! Siz ki başıma gələn fəlakətlərin şahidi olmuşsunuz, bu saray məni elə dərdə salmayıb ki, mənə kəbin kəsə biləsiniz.

Cəmaləddin. Bəs boş yerə sarayda hərəmxananın bütün ixtiyarı sənə tapşırılıb?..

Xacə pərişan halda susur. Mollabaşı və Cəmaləddin danışa-danışa gedirlər.
Xacə nifrətlə taxta baxaraq.

Xacə (kənara). Bu qoca da yaman qulaqkəsəndir. Görəsən yenə nə hiyləsi var. (Səhnəni tərk edir)

Cəmaləddin. Yaxşı, söylə görək nə var, nə yox.

Mollabaşı. Yeni bir hadisə yoxdur. Haman hamamdır, haman tas...

Cəmaləddin. Cavan münəccim Mirzə Sədrəddin neyləyir?

Mollabaşı. Onu heç soruşmasanız yaxşıdır. Bu adamı mənim də görməyə gözüm yoxdur.

Cəmaləddin. Nə var ki? Nə olmuşdur?

Mollabaşı. Nə olacaq... Özünü padşahın gözünə yaman soxub, bizə göz verir, işıq vermir... Onu saraydan kürümək lazımdır.

Cəmaləddin (kənara). Tədbirim baş tutacaq. Bu iş çox yaxşı oldu. Bacarana can qurban. Onu saraydan kürümək üçün əvvəlcə padşahın gözündən salmaq lazımdır.

Mollabaşı. Heç mümkün deyil, padşah ona çox inanır.

Cəmaləddin (istehza ilə gülərək). Ey acizlər, bacarıqsızlar! Yaxşı, sənin xatirinə ona bir tədbir çəkərəm.

Mollabaşı. Mirzə Cəmaləddin, bununla bizə böyük bir minnət qoymuş olarsınız.

Cəmaləddin. Onda mən cavan münəccim Mirzə Sədrəddini bir qara xəbərlə padşahın yanına göndərərəm.

Mollabaşı. Yaxşı, sonra?

Cəmaləddin. Mirzə Sədrəddin bu işin altından çıxa bilməyəcək...

Mollabaşı. Ha-ha, sonra?

Cəmaləddin. Yeddi il bundan əvvəl atası Məhəmməd şah bəzi səbəblərə görə İran taxt-tacını oğluna tapşırmağa məcbur olduğu zaman Şah Abbasın 15-16 yaşı var idi. Bu şah öz canını hər şeydən əziz tutandır. Dünya alt-üst olsa, vecinə gəlməz.

Mollabaşı və Cəmaləddin gedirlər. Xacə daxil olur.

Xacə. Boyunlar vurduran, ocaqlar söndürən, gözəllər solduran ey qanlı taxt, nədəndir ki, sənə sahib olanlar qürurundan bu geniş dünyaya sığmayır, göyləri də kəməndə salmaq istəyirlər? Bu sehri aç, mənə söylə! Üstünə çıxıb otursam, o tamah və iştahı mənə də verərsənmi?

Ayağını taxta qoymaq istəyir, yenə çəkilir, qapı tərəfə baxır. Yenə taxta yanaşır.
Qorxa-qorxa ayağını taxtın birinci pilləsinə qoyur. Yenə dönüb qapıya baxır, ikinci
pilləyə çıxır. ŞahAbbas gəlir.

Şah Abbas (Xacəyə). Dələduz! Yoxsa sənin də fikrindən padşahlıq keçir?

Xacə (tez ətəyilə taxtı silə-silə). Yox, padşahım! Sizin taxtınızı silmək mənim üçün padşahlıqdır.

Şah Abbas. Xob, mürəxxəssən! (Xacə baş əyib çıxır. Şah Abbas taxta və saraya baxaraq öz-özünə)

Bax, bütün dünyanın gözü var məndə,

Göylə əylənirəm yeri gələndə.

Məndədir dəbdəbə, şövkət və hünər,

Ulduzlu göylərə çəkmişəm əsgər.

Dağlardan mətindir sarsılmaz ordum,

Coşqun bir dənizdən belə yox qorxum.

Şahlara tac verən tacidar mənəm!

Atamın taxtına yadigar mənəm!

Xacə daxil olur, şaha baş əyərək.

Xacə. Qibleyi-aləm, münəccim Mirzə Sədrəddin hüzura gəlmək istəyir.

Şah Abbas. Söylə, gəlsin! (Xacə gedir, Mirzə Sədrəddin daxil olur, şaha baş əyir)

Xeyir olsun, mirzə?

Mirzə Sədrəddin. Həzrəti-əqidəsi-ilahi qibleyi-aləmin mübarək vücudunu yerin, göyün bəlalərindən hifz etsin.

Şah Abbas. Xob, nə var, mirzə?

Mirzə Sədrəddin. Xidmətinizə mühüm bir iş üçün gəlmişəm!

Şah Abbas. Nə iş? Xeyir olsun!

Mirzə Sədrəddin. Qibleyi-aləm sağ olsun, hər zaman xidmətinizə şad xəbərlə gəlmişəm. Ancaq bu dəfə...

Şah Abbas. Tez söylə, nə demək istəyirsən?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri