Adil zirək uşaq idi,Həm də bir az şıltaq idi.Anasının hər işinə,Bişmişinə, düşmüşünəQarışardı. Yazıq anaƏlindən gəlmişdi cana.Üç yaşına çatar, çatmazAnası dincəldi bir az.Onu qoydu bir bağçaya.O gün ağlaya-ağlayaGetdi; otağa girincə,Gördü: Solmaz, Noğul, QönçəTofiq, Həsən, Azər, GülzarƏllərində oyuncaqlar,Qazan kimi qaynayırlar,Adil baxdı heyrət ilə.Bir az sonra gülə-güləSevinərək, birdən qaçdı,Bağçada bir oyun açdı:İtələyib hər uşağı,Dartıb aldı oyuncağı.Səs-küy saldı birdən-birə,Sonra oturdu tez yerə.Uşaqlar və mürəbbiyə“Görək, neyləyəcək?” – deyəDodaqaltı gülürdülər.Üz-gözündən uçub kədər,Adil coşub qaynayırdı,Öz-özüylə oynayırdı.Onları öz qucağınaBir-bir yığıb dedi: – Ana,Bax, nə yaxşı şeylərim var!Mənimdir bu oyuncaqlar.Baxdı uşaqlara sarıSolmaz dedi: – Oğlan, barıDovşanı ver mən oynadım.– Yox, vermərəm, mənim adımAdildir, heç oğlan deyil,Yaxın gəlmə, çəkil, çəkil!Mən özüm tək oynayacam,Bu sazı da mən çalacam!Dınqıldatdı kiçik sazı,Gözucu süzdü Solmazı.Uşaqlar güldülər ona,Adil qışqırdı: – Bax, ana,Bu uşaqlar gülür mənə.– Gəl, oyun öyrədim sənə,– Yox, bəs mənim anam hanı?Əlindən atdı dovşanı,Dəli kimi birdən qaçdı;İndi başqa oyun açdı:Ağlayırdı, bağırırdı,Anasını çağırırdıAyağını döyə-döyə;Müdirə və mürəbbiyəOna açaraq şirin dil,Dedilər: – Ağlama, Adil!Bu qalmaqal nəyə gərək?Anan bu saat gələcək.Ağlama, gəl yaxşı bala,Oyna bizim uşaqlarla.Bax, nə qədər oyuncaq var!Həsən, Tofiq, Solmaz, Gülnar.Oynayın bu Adil ilə.Nə qədər tutdular diləO ağlayıb bağırırdı,Anasını çağırırdıAyağını döyə-döyə.Müdirə və mürəbbiyəZor-güc onu sakit etdi...Üç gün belə gəldi, getdi...Axır bağçaya öyrəndi,Gündən-günə o şənləndi.Daha yoxdur o şıltağı,İndi hər gün səhər çağıGöy şəfəqə boyanınca,Səhər Adil oyanınca,Göstərir öz şıltağını,Yerə döyüb ayağını,Deyir ağlaya-ağlaya:– Ana, gedək tez bağçaya!– Oğlum, tezdir, dayan görək!– Yox, tez deyil, gedək, gedək!Vaxtım keçir, ana, tez ol!Çoxdan gəlib Solmaz, Noğul.Gəl, bağçamın vaxtı keçir,Onlar oyuncağı seçir.Mənə axı pisi qalır,İndi Həsən sazı çalır.“Cangülüm” oynayır hamı.Tez ol, bura ver çantamı!– Oğlum, tezdir, dayan görək!– Yox, tez deyil, gedək, gedək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri