Məzmun
  1. Şəxslər
  2. Birinci səhnə
  3. İkinci səhnə
  4. Üçüncü səhnə

Səhifə 1 / 3

Üç pərdəli mənzum pyes

Şəxslər

Qış
Boran
Külək
Bulud
Gözəlbahar
Günəş
S u
Torpaq
Qaranquş
Bülbül
Uşaqlar: Dursun, Aslan, Pəri, Nazlı.
Kəpənək, Arı, Qızılgül, Bənövşə, Qərənfil, Sünbül, Durna, Qırqovul, Turac,
Kəklik, Qurd, Çaqqal, Tərlan, Çiçəklər.

Birinci səhnə

Qış fəslidir. Çöllər, dağlar, təpələr qarla örtülmüşdür. Qar yağır, külək vıyıl-
dayır. Qış, qoca bir kişi qiyafəsində. Ağ saqqalından, bığlarından sallanan
buzları əli ilə oynadaraq, məğrur baxışlarla ətrafa baxır. Külək və Boranın
törətdiyi bidadlığa sevinir. Qanadlarını bir-birinə vuraraq, qəhqəhə çəkib gü-
lür, gurlayan bir səslə oxuyur:

Qış
Qışam, mənim böyük adım, sanım var; Qardan, buzdan iliyim var, qanım var. Ayaz, Boran, külək mənim əsgərim, Dünyada tək bunlardır sevdiklərim.
Qanadımı çarpdıqca mən hər zaman, Qüvvətlənir Külək, Ayaz, Qar, Boran. Hər ölkəyə yayılır bu qanadım,
Ağızlarda gəzir şöhrətim, adım.
Payız girər, mənə zəmin hazırlar,
Günəş artıq sönük-sönük parıldar.
Əmr edincə mənə böyük təbiət,
Hiss edirəm özümdə başqa qüvvət.
Qanadımı geniş-geniş açıram,
Yer üzünə ayaz, boran saçıram.
Qorxusundan qurd-quş girir yuvaya,
Ancaq günəş hərdən çatır haraya.

Günəş bulud altından üzünü göstərir. Qış onu görüncə qorxaraq bir
addım geri çəkilir və qorxa-qorxa ona baxır. Boran, Külək və Bulud
qanadlarını çarparaq gəlir, hər biri Qışın bir tərəfində durur, Günəş yenə yox olur.

Qış
Tükənməz qüvvətim yeri titrədir,
Yalnız bu Günəşə olmuşam əsir.
Göydə parlarkən o, əriyir qarım,
Qalmayır dünyada dövlətim, varım.

Boran
Sən heç qorxma sarı saçlı günəşdən, Qarşına kim çıxa bilər biz varkən?
Dünyaları donduran oğlun Boran,
Ona da bir kəmənd atar qorxmadan.

Bulud
Qanadımda tutub onun üzünü,
Qoymaram heç açsın odlu gözünü.

Qış
Çox sağ olun, ancaq olmayın saymaz! Güclü bir düşməndir bizə Günəş, Yaz. Demək olmaz, Bahara zülmüm yoxdur, Ancaq ona xidmətlərim də çoxdur.

Məhv edirəm hər zərərli qurdunu,

Şənləndirəm bu xidmətlə yurdunu

Qarlarımı parça-parça səpərəm,

Yorğan kimi yer üzünə döşərəm.

Qar altında yer buğlanar bir qədər,

Rahatlanar, güclənər, qüvvətlənər.

Bu azmı xidmətdir gözəl Bahara?

Bu xidməti anlamayır nə çara.

Günəş buludların arasından şəfəq saçır. Qışqorxulu baxışlarla onu süzəndən
sonra BoranaKüləyə və Buluda:

İgidlərim, durmayın, iş başına!

Çəkilin tez yamacların qaşına!

Yol verməyin bu Günəşə, Bahara,

Verməyin heç aman bu düşmanlara!

Boran
Biz gedirik, sən qorxma heç, əmin ol!

Qış

Haydı, igidlərim, sizə yaxşı yol!

Hər üçü gedir. Qış qorxa-qorxa baxır, qəmli-qəmli gəzinir. Günəş buludları yararaq,
ətrafa şəfəq saçır. Bulud onun üzünü tutmaq istəyir, tuta bilmir. Boran və külək qanad-
larını çarparaq uğuldayır. Qış acıqlı və qorxulu baxışlarla Günə dimdiyində bir bənövşə
gətirib Qışa uzadır.

Qaranquş

Qızıl bahardan, al, məktubdur sana,

Çarpışırsa, deyir, çıxsın meydana!

Su, Torpaqdan, Günəşdən əsgərim var,

Bir vuruşda onu edər tar-mar.

Qış

(Bənövşəni acıqlı yerə atır)

Uşaqmı qorxudur? Qoy gəlsin, gəlsin!

Mənim qüvvətimi bir kərə bilsin!

Neylər bir laçına dünyaca qarğa?

Qaranquş
Bax çöllərə, yamaclara, a lovğa!
Görürsənmi igid komandanları,
Yenilməyən adlı pəhləvanları?..
Əllərindən can qurtarmaq çətindir;
Həm şöhrətli, həm güclü, həm mətindir. Mən gedirəm, tap başına bir çara!

(Gedir)

Qış
Bu çöllərdən qaçmaq gərək dağlara.
Ağalığım tükəndi; ah, bu Günəş
Məni də yandırır, yağdırır atəş.
Bulud, Külək, ay Boran!
Qaçın, gəlin durmadan!

Hərüçü qaçaraq gəlir.

Üçübirdən
Biz burdayıq, buyur, hər nə əmrin var.

Qış
Dövlətimi alt-üst edir bu Bahar.
Hər tərəfdən kömək gəlir düşmana.
Qoçaq oğullarım, haydı, meydana!

Hər üçü baş əyib gedir. Günəş gah qaralır, gah şəfəq saçır. Külək uğuldayır. Bulud,
Boran və Küləklə Günəş arasında çarpışma davam edir. Günəş Buludu parçalayır. Boranı,
Küləyi candan salır, öz kəskin şəfəqlərini qışın üstünə saçır. Qış əli ilə özünü günəşdən
qorumağa çalışır, qorxulu səslə bağırır.

Qış

Bulud, Külək, ay Boran!

Qaçın, gəlin durmadan.

Hərüçü gəlir. Qış halsız.

Dada çatın, ay aman!

Məni məhv etdi düşman.

Bulud Qışın başı üstünə kölgə salır. Boran və Külək qanadlarını çarparaq, Qışı Günəş-
dən qorumaq istəyir. Günəş şəfəqlərini artırır. Buludu parçalayır, Boran, Külək gedir.
Qış həyəcanla bağırır.

Qış
Ah, məhv oldu Bulud, Külək, Boranım, Mənim üç qanadım, üç qəhrəmanım... (Səhnə arxasından nəğmə oxunur:)

Ellər, ellər ay ellər!

Çiçəklənir bax, çöllər.

Qaçdı Boran, Bulud, Qar,

Günəş par-par parıldar.

Yaşıllanır bağ, çəmən,

Bir səs gəlir hər yerdən:

Xoş gəldin qızıl Bahar,

Yaşa-yaşa bəxtiyar!

Qış həyəcan içində nəğməni dinlədikdən sonra qorxaq bir səslə.

Qış
Bahar gəlir, Yaz gəlir, nə etməli,
O gəlməmiş qaçıb burdan getməli.
Göydən məni qılınclayır hey Günəş,
Qar əriyir, sönür qəlbimdə atəş.
Ah, yox oldu Bulud, Külək, Boranım, Bu günəşdir mənim qatı düşmanım.
Açacaqdı ürəyimdə min yara...
Bu meydandan yalnız qaçmaqdır çara.

Əyilərək, saqqalından, bığlarından su dama-dama qaçır. Quşlar, çiçəklər
sevinərək, başları ilə onu qovurlar.

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü fəsil

I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.

193644 dəq
Dördüncü fəsil

IBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:

193623 dəq
Beşinci fəsil

ITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

193628 dəq
Altıncı fəsil

IIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.

193635 dəq

Başqa şairlərin şeirləri