چوخلار انجیکدی کی سن اونلارا ناز ایله میسنمن ده اینجیک کی منیم نازیمی آز ایله میسن

Çoxları incikdi ki sən onlara naz eyləmisənMən də incik ki mənim nazımı az eyləmisən

ائتمیسن نازی بو ویرانه کونولده سلطانائوین آباد اولا درویشه نیاز ایله میسن

Etmisən nazı bu virana könüldə sultanEvin abad ola, dərvişə niyaz eyləmisən

هر باخیشدا چالیبان کیپریگی مضراب کیمیبیر قولاق وئر بو سینیق قلبی نه ساز ایله میسن؟

Hər baxışda çalıban kirpiyi mizrab kimiBir qulaq ver bu sınıq qəlbi nə saz eyləmisən?

باشدان آچ یا یلیغی افشان ایله سوسن-سونبولسن بیزیم بایراممیز سان قیشی یاز ایله میسن

Başdan aç yaylığı, əfşan elə süsən-sünbülSən bizim bayramımızsan, qışı yaz eyləmisən

سن گون اول قوی غمیمیز داغدا قار اولسون اریسینمنیم آنجاق ایشیمی سوز و گداز ایله میسن

Sən gün ol, qoy qəmimiz dağda qar olsun, ərisinMənim ancaq işimi suz və gudaz eyləmisən

من بو معناده غزل یازمالی حالیم یوخدیسن جوجوق تک قوجانی فرفره باز ایله میسن

Mən bu mənada qəzəl yazmalı halım yoxduSən cücə tək qocanı fırfıra baz eyləmisən

کاکلی باشدا بوروب باغلا میان تاج کیمیبیر قیزیل تئلدن اونا گوللی قوتاز ایله میسن

Kakılı başda bürüb bağlamayan tac kimiBir qızıl teldən ona güllü qotaz eyləmisən

او قیزیل دشت مغان دیر قوزی یان-یانه یاتیبمنیم آغلار گوزومی اوردا آراز ایله میسن

O qızıl Dəşti-Muğandır, quzu yan-yana yatıbMənim ağlar gözümü orda Araz eyləmisən

بو گوز للیک کی جهاندا سنه وئرمیش تانریهر قدر ناز ائله سن ایله کی آز ایله میسن

Bu gözəllik ki cahanda sənə vermiş TanrıHər qədər naz eləsən, elə ki az eyləmisən

من بو سوز یله آتدین آ؛رالاندین بیلیرمآرانی بیر پارا نامرد یله ساز ایله میسن

Mən bu sözlə atdın, aralandın bilirəmAranı bir para namərdlə saz eyləmisən

دستماز ایله دیگین چشمه مسیحا قانی دیربیلمیرم هانسی کلیساده نماز ایله میسن؟

Dəstəmaz elədiyin çeşmə Məsih qanıdırBilmirəm hansı kilsədə namaz eyləmisən?

من(عشیران)اوخوسام پنجه (عراق) اوسته گزه رگوزلیم(ترک)اولالی ترک (حجاز) ایله میسن

Mən (Əşiran) oxusam, pəncə (İraq) üstə gəzərGözəlim (Türk) olalı, tərk (Hicaz) eyləmisən

تازا شاعر بوده نیز هر نه باخیرسان دیبی یوخچوخ اوزالتسان بو غازی اورده گی قاز ایله میسن

Təzə şair, bu dəniz hər nə baxırsan dibi yoxÇox uzaltsan bu qazı, ördəyi qaz eyləmisən

بسکه زلف و خط خالین قوپالاغین گوتدونزلفلی نین باشینی آزقالا داز ایله میسن

Bəskə zülf və xəti-xalın qopalağın gütdünZülflinin başını az qala daz eyləmisən

گل!منیم ایسته دیگیم کعبه ییخیلماز اوجالارباشدادا کج گئده سن دیبده تراز ایله میسن

Gəl! Mənim istədiyim Kəbə yıxılmaz, ucalarBaşda da kəc gedəsən, dibdə təraz eyləmisən

خط خالیندن آلیب مشقیمی قرآن یازارامبو حقیقت له منی اهل مجاز ایله میسن

Xəti-xalından alıb məşqimi Quran yazaramBu həqiqətlə məni əhli-məcaz eyləmisən

منی دان اولدوزی سن یاخشی تانیرسان که سحرافقی خلوت ائدیب رازو نیاز ایله میسن

Məni dan ulduzu, sən yaxşı tanırsan ki, səhərÜfüqi xəlvət edib raz-u-niyaz eyləmisən

(شهریار)ین داغیلیب داغدا داشا دالدالانیبئوزون انصاف ایله محمودی ایاز ایله میسن

(Şəhriyar)ın dağılıb dağda daşa daldalanıbÖzün insaf elə, Mahmudu Ayaz eyləmisən

Əsl mətnGanjoor (yeni pəncərədə açılır)

QeydLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Tərcümə təklif edin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri