Aləmdə səsim var mənim
Əmərəm ləblərini ta nəfəsim var mənim,Tutiyəm şəkkərə, ey gül, həvəsim var mənim.
Gəldi qanımı töküb yar qurtatsın qəmdən,Şükr lillah ki, könül, dadrəsim var mənim.
Bənd-bəndim kəsələr eyləmərəm tərki-fəğan,Qoy nəva ney tək edim ta nəfəsim var mənim.
Mürği-baği-mələkutəm qəfəsi-çərxə əsir,Bu əcəb təng olan gör qəfəsim var mənim.
Bikəsəm aləm ara, dərdü qəmindən özgə,Nə həvadarü nə yavərü nə kəsim var mənim.
Etmişəm gərçi bu dəm aləmi-nasutü vətən,Ey könül, böylə deyil, pişü pəsim var mənim.
Karvan getdi, könül, qafil edirsən nalə,Dəm-bə-dəm naləvü bangi-cərəsim var mənim.
Mövti-cismani ilə sanma mənim ölməyimi,Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-alemde-sesim-var-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ərabinin on dəvəsi var idi. Birinə süvar olub doqquzunqabağına salıb gedirdi. Dəvələrin saydı gördü ki, doqquzdur. Amma
Kar və mərizBir nəfər kar olan şəxs bir mərizin əyadətinə gəldi. Soruşdu:– Necəsən?
Dərviş və zərifBir zərif bir dərvişin evinə qonaq gəldi. O dərviş damının üstünəçox nazik ağaclar döşəmişdi. Hər saatda ağaclar üstə olan torpağın
İflasa uğramış tacirBir nəfər tacir bildir bərşikəst olmuşdu, biri bu il. Bildir şikəst olantacir bu il şikəst olana rast gəlib soruşdu ki, keyfin necədir?
Başqa şairlərin şeirləri
“Magistral” filmindən*Qara gözün badam,
SərçələrAllahdan qorxub bir insaf edin,Az incidin bizi, sarı sərçələr,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.