Dün eşitdim bir siyəhzülfə giriftar olmusan,Ey mələksurət, mənim tək aşiqi-zar olmusan.

Vermisən bir səngdil dildarə nazik könlüvü,Sən məgər könlündən, ey məhparə, bizar olmusan?

Çəkmisən canan cəfasın, görmüsən hicran qəmin,Şükr-lillah, halıma, ey gül, xəbərdar olmusan.

Görmüsən ayineyi-vəchində əksi-surətin,Taqətü huşün gedib, bir nəqşi-divar olmusan.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şövqi-ləlindən onun, ey xosrovi-şirinzəban,Seyyidi-şirin-süxən tək sahibəşar olmusan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq