Ey nuri-səmavatü zəmin, gərçi nihansan,Amma nəzəri – arifü danadə əyansan.

Batin gözünün yox səni görməkdə qüsuri,Zahir gözü görməz səni, əlbəttə, nihansan.

Zatın eləyib cümleyi-əşyadə təcəlla,Musa közünə turi-həqiqətdə əyansan.

Bir Adəmü İsadə degil nəfxeyi-ruhun,Aləm hamı qalibdi, sən ol qalibə cansan.

Kəssən nəzəri-feyzüvi bir ləhzə cahandan,Nabud olur aləm, sən ona ruhi-rəvansan.Gəh badi-səba tək verisən gülşənə rövnəq,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar