Gördüm ki, gəlir təngə nigarım, səfər etdim,Sevdalərə saldım başımı, tərki-sər etdim.

Asudə ola bir neçə gün nazlı nigarım,Əlmas basıb bağrıma vəzi-nəzər etdim.

Avarə düşüb cənnəti-kuyindən o hurün,Öz mənzilimi göz görə nari-səqər etdim.

Çox müşkül idi keçməgim ol cənnəti-kudən,Canımı tutub gör dişə, ey dil, cigər etdim.

Ta olmaya qeyrin gözünə sürmeyi-rövşən,Xaki-səri-kuyinə töküb əşk, tər etdim.

Çox gecələri zəmzəmeyi-yar ilə, ey dil,Guşi-fələki-şöbədəpərdazı kər etdim.

İncitdi fəğanım gecələr əhli-diyarı,Ta bir neçə gün əzmi-diyari-digər etdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Verdim dilü can nəqdini, aldım qəmi-eşqi,Fikr etmə bu sevdadə ki, Seyyid, zərər etdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq