Soltan Mahmud Qəznəvi bir qitə bağ saldırmışdı ki, rövzeyi-rizvan kimi dilgüşa, firdövsi-bərin kim behcətəfza idi. Bir gün öz atasıNasirəddini-Səbüktəkini o bağa dəvət elədi. Ənva və əqsam əkl vəşürbdən sonra atasından soruşdu ki, ey pədəri-mehriban, səfheyi-aləmdə bundan dilgüşa bağ olurmu?Nasirəddövlə dedi ki, ey oğul, bu bir bağdır nəhayətdə ziba vəqayətdə dilgüşa. Amma ərkani-dövlət və mülazimani-həzrətdən hərbir kəs xahiş qılsa, bu bağın mislin tərtib edə bilər. Padşahlar gərək birelə bağ salsınlar ki, sairlər onun mislin əmələ gətirməkdən acizqalsınlar və onun meyvələri heç bostanda əmələ gəlməsin.Soltan ərz elədi ki, o hansı bağdır?Cavab verdi ki, o bağ baği-tərbiyət və nihali-mədələtdir ki,hükəma və şüəralardan abad ola. Ta o bağdan bir səmərə hasil ola ki,sərd və gərm, zimistan və tabistandan məsnun və məhfuz ola.Bu kəlam Soltan Mahmuda pəsəndidə gəldi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri