Ölüncə çəkmənəm meyxanədən hərgiz qədəm, saqi.Ələ al sən əyaği-badəni eylə kərəm, saqi.

Nə oldu böylə kim, indi zəlili-ruzigar oldum,Məni piri-müğan saxlardı daim möhtərəm, saqi.

Bilurin sağəri ləbriz qıl xurşidi-səhbadən –Ki, bizdən razı olsun xatiri-Cəmşid-Cəm, saqi.

Xəyali-taqi-əbruyi-kəci-mehrab-mislinlə,Əlif tək qamətim keysulərin tək oldu xəm, saqi.

Dəhani-yar fikrilə yox oldu cümleyi-varım,Vücudum oldu, gör bir nöqtə eşqində ədəm, saqi.

Behişti verdi Adəm danəyə, mən daneyi-xalə,Olum qoy xaluva qurban özüm mən, həm dədəm, saqi.

Məqtə — şairin təxəllüsü olan son beyt. Tutulmuş qönçə tək hicrində qəmdən xatiri-Seyyid,Səri-minanı aç, xatirdən eylə dəfi-qəm, saqi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq