Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.

Dəhanından səri-mu qədri söz izhar qılmışdım,Düşüb söz aləmə varü yox üstə qalü-qil oldu.

Desəm peyğəmbəri-əsrəm, degildir küfr, zira kim,Pəyamım vəhyi-münzəl, qasidim bir Cəbrəil oldu.

Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh,Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu.

Ayırdı ol əzizi nagəh ixvanın cəfasından,O Yusif firqətindən hər gözüm bir rudi-Nil oldu.

Çü gördü qəmzeyi-fəttanını, xovfindən Əzrail,Kəməndi-zülfüvə saldı özün, miskin dəxil oldu.

Məqtə — şairin təxəllüsü olan son beyt. Zərurətlə çü gəldi aləmi-nasutə ol gülrux,Əzizi-aləm ikən Seyyidin xarü zəlil oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq