Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim,Vəsli-meracı ilə ərşi-müəlladə idim.

Yuxu əhvalı gəlir indi mənə şami-visal,Haləti-ləfzədə, ya bu gecə röyadə idim.

Ləbi-camə yetişirdi, ləbi-ləli o gülün,Mən ləbi-camı öpüb özgə təmənnadə idim.

Sağərim cami-qəvarir, şərabım kövsər,Həmdəmim hur, özüm cənnəti-məvadə idim.

Yar açmışdı lətafətlə bu şəb sinəsini,Qərqi-nur olmuş idim, sineyi-Sinadə idim.

Nəqşdən pey aparırdım bu gecə nəqqaşə,Seyri-qüdrət eləyib özgə tamaşadə idim.

Həlqeyi-zülfdə rüxsari-münirin görübən,Naziri-mahi-münəvvər şəbi-yeldadə idim.

Dəhənin açmağa ol yar qılırdım tədbir,Sübh olunca həvəsi-kəşfi-müəmmadə idim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çox baxırdım dəhəni yarə, nihani, hərdəm,Çareyi-fikri-dili-Seyyidi-dildadə idim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq