Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əzəldən çünki mən meyxareyi-bəzmi-ələst oldum,İçib vəhdət şərabından belə məxmurü məst oldum.
Zibəs ki, yağdı daşlar başıma bu çərxi-minadən,Dürüst ikən pozuldum, sağəri-mey tək şikəst oldum.
Təcəllayi-cəmalın məscidü meyxanədə gördüm,Gəhi məsciddə abid, deyrdə gəh bütpərəst oldum.
Əyağ aldım ələ, başıma çəkdim naz ilə sağər,Ayağın sədqəsi, saqi, ki mən bipavü dəst oldum.
Nişimən etmiş ikən qafi-üzlət üzrə ənqa tək,Həvayi-daneyi-xalınla damə paybəst oldum.
Ədəm məmurəsində rahət ikən eyni-vəhdətlə,Düşüb eyni-zəvalə aləmi-kəsrətdə həst oldum.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ziyai-şəms tək düşdüm o kuyi-dilbərə, Seyyid,Yetişdim rütbeyi-ülyayə, fikr etmə ki, pəst oldum.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ezelden-cunki-men-meyxareyi-bezmi-elest-oldum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yar ilə fürsət tapıb bir dəm ki, göftar eylərəm,Zövqdən gülləm, onu yüz dəfə təkrar eylərəm.
Aşiqəm, aşiqəm nigarə qəsəmAşiqəm, aşiqəm nigarə qəsəm,O siyəhçeşmi-pürxumarə qəsəm.
Ta o mahın xətü xalinə nigah eyləmişəmTa o mahın xətü xalinə nigah eyləmişəm,Günümü eşqlə aləmdə siyah eyləmişəm.
Dedim ki, yarə qəmi-hicr dasitanı yazımDedim ki, yarə qəmi-hicr dasitanı yazım,Məlalü dərdi-dili-zarü natəvanı yazım.
Başqa şairlərin şeirləri · İlahi eşq
Yatmışdım, guşuma gəldi bir səda,Oyandım, əyləşib bir alişan şah.
بر سر راهی، گدائی تیرهروزنالهها میکرد با صد آه و سوز
Nigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylərNigara, zülfi-şəbrəngin ki, əyyamın siyah eylər,Mənim ol ömrümü badə verüb, hər dəm təbah eylər.
ایا بهار من و عید نیکوان سپاهچو ماه ز ابر همی تابی از قبای سیاه