Özümlə olsa idi, mən cahanə gəlməz idim,Gətirdilər məni, amma mən anə gəlməz idim.

Bu dami-eşqə məni saldı daneyi-xalın,Firib verməsə idi o danə, gəlməz idim.

Görünməsəydi əgər hər məkanda nuri-rüxün,Fəzayi-qüdsü qoyub, bu məkanə gəlməz idim.

Dəhani-yardən olsaydı bir əsər zahir,Yəqini tərk qılıb, mən gümana gəlməz idim.

Qədimi eylər idim dərd ilə qəmində kəman,Xədəngi-çeşmüvə, bilsəm, nişanə gəlməz idim.

Bəhanə ilə yetərmiş vüsalə aşiqlər,Və gər biləydim onu, bibəhanə gəlməz idim.

Olaydı zatım əzəldən əgər zəri-xalis,Yanıb bu butə ara imtahanə gəlməz idim.

Bu zövqdən eləmə, bağban, məni məyus,Gülüm olaydı əgər, gülsitanə gəlməz idim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid,Ümidi-mərhəm ilə mən fəğanə gəlməz idim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq