Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm,Salmanam gövhəri xak içrə, nihan eyləmənəm.
Bilmənəm sud özümə çarsuyi-aləmdə,Hansı bir sudi ki, eşqində ziya eyləmənəm.
Ləbi-ləlinlə ki, bir sirri-nihanım var idi,Gedərəm xakə mən ol sirri bəyan eyləmənəm.
Qanımı tökdü ləbin, dişlədim axdı qanı,Elə bildin, sənəma, qanıma qan eyləmənəm.
Qorxuram yatmayalar itləri fəryadımdan,Gecələr mən dəxi ol kudə fəğan eyləmənəm.
Sirri var, annamışam, yoxdu dəhanından əsər,Mən yəqin əhliyəm, əlbəttə, güman eyləmənəm.
Hansı bir fəsldi kim, ey güli-rəna, sən üçünGözümü əbr kimi əşkfəşan eyləmənəm.
Hansı bir sərvdi kim, qamətüvün yadı iləQoparıb əşkim ilə, suya rəvan eyləmənəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, bəsdi dilə eşqi-xudavəndi-əhəd,Meyli-xubani-dilazari-cahan eyləmənəm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-lebi-lelin-hevesin-munisi-can-eylemenem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz,Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.
Tiğ etsə xətin pak sənə bir zərər olmazTiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Aləmi-eşq içrə cananın sevən can istəməzAləmi-eşq içrə cananın sevən can istəməz,Bak edən canü dilindən vəsli-canan istəməz.
Hansı bar aşiqə kim, sən kimi canan olmazHansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.
Başqa şairlərin şeirləri · Eşq
“O mələkzadətıi mütləq sevirəm”.*Xalidbəy Səbribəyzadə**
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri