Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu,Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu.

Dildar tutub ruzə, zəf oldu ona qalib,San yengi çıxan aydır, çərx üzrə əyan oldu.

Qaçmış o güli-alın ləli-ləbinin qanı,Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu.

Aşüftə olub kakil əbruyi-kəcin tutdu,Mah idi bu eyd üçün əbr içrə nihan oldu.

Açıldı dəri-məscid, cəm oldu riya əhli,Bağlandı səri-mina, qəmdən xəfəqan oldu.

Niyyət gecəsi verdim iymanı, şərab aldım,Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu?

Məqtə — şairin təxəllüsü olan son beyt. Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim,Sərməstligim, saqi, məşhuri-cahan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq