Dilü can valehi-hər gülrüxi-cananə idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dilü can valehi-hər gülrüxi-cananə idi,Gərçi cananələrin qəsdi dilü canə idi.
Könlümə düşmüş idi, bir neçə bütlər həvəsi,Bir zaman beyti-xuda dəhrdə bütxanə idi.
Suzişi-nari-cəfadən eləməzdi pərva,Harda bir şəm görə dövrünə pərvanə idi.
Dili-şeyda səri-geysulərə olmuşdu əsir,Bağlanıb silsileyi-eşqdə divanə idi.
Harda bir rişteyi-zülf olsa, olurdu mənə dam,Kimdə bir daneyi-xal olsa mənə danə idi.
Hər büti-gülrüxi-peymanşikənin eşqi mənə,Əhdü peymanımızın şahidi peymanə idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Göftguyi-ləbi-şirinü şəkərdən qeyri,Hər nə kim söhbət ola Seyyidə əfsanə idi.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dilu-can-valehi-her-gulruxi-canane-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül tapmazdı yol ləli-ləbindən kamə yetməkçün,Bihəmdilləh ki, gəldi səbz xəttin Xızri-rah oldu.
Var neçə şair ki, rəsmi-şeri məndən ögrənibVar neçə şair ki, rəsmi-şeri məndən ögrənib,Onların ustadiyəm, aləm bilir, bilittifaq.
Rəsmü rəhi-əşarı, təlim tapıb məndənRəsmü rəhi-əşarı, təlim tapıb məndən,İndi özünü Bixud ustad sanır əmda.
Bixudi-zahirpərəst zahirimə bənd olubBixudi-zahirpərəst zahirimə bənd olub,Çıxmadı başı onun, heyf içimdən mənim;
Başqa şairlərin şeirləri · Eşq
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Könül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuşKönül mürğü səri-zülfündə, ey gül, aşiyan tutmuş,Əcəb naəmn mənzildə məkan ol natəvan tutmuş.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
DüşübdürÇərxi-fələk qismət edəndə özü,Ğəmi-gərdun bu dilfigarə düşübdür.