Gizlin salıb xəyalə səni, gizlin ağlaram,Artar, xəyalıma səni saldıqca həsrətim.

Bir də əlim yetişə damənin tutam,Bu ruzigardan sənə çoxdur şikayətim.

Gər bir də qismət olsa camalın ziyarəti,Onda müyəssər olur istirahətim.

Müddətlər ilə salmayasan yadə gər məni,Səndən yəqin ölüncə kəsilməz məhəbbətim.

Bir yan zəmanə möhnəti, bir yan sənin qəmin,Bir yan vilayət ayrılığı, dərdi-qürbətim.

Asudəlik gecə-gündüz haram olub mənə,Olsun qəsəm o zülfə, pərişandı halətim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran