Ağüzlə Daryaşın vuruşması söylənci
Daryaş girdi Əkbitənə toplumla,Vergi, sıxı Başbaşevdən gələndir.Dedi: – Bizim olacaqdır Əkbitən,Vergi, sıxı Başbaşevdən gələndir.
Dedi: – Yaxşı yaraqlanıb Parsdiyar,Çıxsın mənim qabağıma oğullar,Uğureldə dördün birdən doğurlar,Vergi, sıxı Başbaşevdən gələndir.
Tutulmuşdu Əkbitənin yarısı,At yolunun,ev yolunun hamısı,Ona yardım olub Alpis tanrısı,Döyülməkdə Ağüz şahın qapısı,Vergi, sıxı Başbaşevdən gələndir.
Hanı, çıxsın ortalığa Başbaşı,Oğulları soylarıyla yanaşı,Sanna qıza sevgiləri qarışıb,Sevib qızı alçaltdılar balaşqı,Dörd qardaşlar bir-biriylə dalaşır,Vergi, sıxı Başbaşevdən gələndir.
At çapırdı Daryaş basarsayağı,Yerlilərsə alıb daşı, çomağı,Daşlayırdı çağrılmamış qonağı,Alpis isə görünməzdir, bayağı,Yandırırdı qorla evi ocağı,Vergi, sıxı Başbaşevdən gələndir.
Şimşəkquyruq od tökürdü yollara,Daryaş isə kül səpirdi yallara,Od vururdu ağaclara, kollara,Yazqabağı çiçəklənən xollara,Vergi, sıxı Başbaşevdən gələndir.
Çıxdı Ağüz nərildədi bağırdı,Yaraqlanan el-obanı çağırdı,Dedi: – Bunlar toplum deyil,naxırdı,Acıq onu boğazlayıb boğurdu,Əkbitəndə bağırtılar doğurdu,Vergi, sıxı Başbaşevdən gələndir.
Ağüz,Daryaş qılınclaşdı iki gün,Alpis saldı çox işlərə sap, düyün,Çay, bulaqlar qurudular büs-bütün,Vergi, sıxı Başbaşevdən gələndir.
Kitabxana.az · https://kitabxana.az/works/sohrab-tahir-aguzle-daryasin-vurusmasi-soylenci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tuncər dedi: – Gümüşatım, çap gedək,Pis ayaqda yad olammaz doğmalar.
Qızbal söylənciSoraq çatdı, Darvideldən el köçür,Kimsəsizlik tutur köçün yerini,
Tanı söylənciTanı bala qol-budaqlı gənc idi,Güclü olur kökü dərin ağaclar.
Manayın ölüm söylənciGünlər keçdi, Tanı gəlib çıxmadı,Gözləməkdən gözün kökü saralar,
Başqa şairlərin şeirləri
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Xəstə düşdüm, gələn yoxdur üstüməXəstə düşdüm, gələn yoxdur üstümə,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
Ey gənclikEY GƏNCLİK!**Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki: