Bilməz
Sevginin qədrini bu əsrdə hər kəs bilməz,Doğru aşiq özünə dərdi, qəmi bəs bilməz.
Kim ki, qəlbilə sənə bağlı deyildirsə, könül,Gecə-gündüz başı üstündə onun əs – bilməz.
Eşqə biganə olan eylə gözəllər var ki,Sevirəm söylə, bütün aləmə sal səs – bilməz.
Deyirəm, sevgili cananıma canım qurban,Can fəda eyləməyən eşqi müqəddəs bilməz.
Rüstəmin onda ki, canan görünür gözlərinə,İmtahançın sən onun barmağını kəs – bilməz.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-bilmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
At belində yavaş-yavaş dırmanırıq dağlara,Öz əlilə gözəl bahar min rəng vurmuş bağlara,
Dönə-dönə xatırlayınŞəhidlərin xatirəsinə*Yollar... ulu babaları görən yollar,
Qaçaq NəbiBeş pərdəli, doqquz şəkilli tarixi dramatik poema*İştirak edənlər
Birinci pərdəBirinci şəkilQarabağ, Şuşa qalası, Təhmas bəyin həyəti. Bayırda səs-küy qalxır. Cümşüd bəy və strajniklər vergi verməyən kəndliləri döyə-döyə həyətə gətirirlər. Nəbi bir yanda odun yarır.*