Dolaşır dillərdə
Çox da o sahildə yad əllərilə,Adı kitablardan pozulan mənəm.Bununla təsəlli tapıram ki, mən,Şeri ürəklərə yazılan mənəm.
Leylamı səsləyib, gəzdim illərlə,Keçirdim günümü təsəllilərlə.Könül dəftərinə qara əllərlə,Ayrılıq damğası basılan mənəm.
Xalqın xəbərdaram diləklərindən,Qan sızar gözünün bəbəklərindən.Uçan durnaların lələklərindən,Hicran məktubları asılan mənəm.
Çox da ki, deyiləm özüm o tayda,Dolaşır dillərdə sözüm o tayda,Araz sahilində, gözüm o tayda,Məzarı bu tayda qazılan mənəm!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-dolasir-dillerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyin hardasınız, gənclik illərim,Yaman öyrənmişdi ürəyim sizə,
İnanmaAyıq ol, ey könül, ayıq ol,Sayıq ol, ey könül, sayıq ol.
Ömrü beşgünlükMəhəbbət məktəbindən yüz töhmətin var sənin,Sevgidən söz açmağa nə cürətin var sənin?!
Bir kainatdır sevgilimŞad günümdə yaxşı ki, məndən də şaddır sevgilim,Şerimə illər boyu qoldur, qanaddır sevgilim.