Xəzər sahilində gəldim dünyaya,Daşıdım yükünü ağır illərin.Amansız ölümü almayıb saya,Çıxdım qarşısına qara yellərin.Dəydi daşdan-daşa başım min kərə,Mən geri dönmədim, irəli getdim.Beynim də, qəlbim də döndü səngərə,Məslək vuruşunda kamıma yetdim...Zülmət dünyasına çəkib pərdə mən,Qazandım bəxtimi döyüşlərdə mən.

Qəlbimdə beşguşə bir ulduz hördüm,Hər şeyi, hər yeri qırmızı gördüm.Bayrağım qırmızı, özüm qırmızı,Könül dəftərimdə sözüm qırmızı.Bu gözəl həyatda dövlətim, varım,Ömrümün bəzəyi yeni baharım –Ana vətən adlı xəzinəmdədir,Böyük məhəbbəti bu sinəmdədir.Hər səhər görürəm üfüqlərdə mən –Qızarır dan yeri şeirlərimtək.Canımdan əzizdir mənimçün vətən,Bir an da vətənsiz vurmayıb ürək.Gənclik həvəsiylə, ey könül, öyün,Keçilməz yollardan keçirəm yenə.Şeirlər, mahnılar yükümlə hər günÜrəkdən-ürəyə köçürəm yenə.Ötdükcə fəsillər, ötdükcə illərGəlir dünyamıza təzə nəsillər.Onlar eşqimizdir, həvəsimizdir,Böyük qurğularda əvəzimizdir.Deyirəm, ömrümüz görməsin xəzan,Nə bir ölüm olsun, nə bir qan olsun.Vaxtında dünyadan köçdüyüm zamanKəfənim qırmızı parçadan olsun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri