Nurəddin
Səhifə 8 / 9 · 78%
– Hə, indi hazırsan, gedək.
Hər ikisi yola düşdü. Dilənçi paltarı Nurəddini elə dəyişdirmişdi ki, onu tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan çaparaq bir atlı göründü. Nurəddin dönüb baxanda canına titrətmə düşdü.
– Əmi, bu gələn Əmirəslandır. Məni axtarır. Durma qaçaq.
Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı.
– Ağılsız, nə etmək istəyirsən? Elə yaramaz. Qorxma, o səni bu paltarda tanıya bilməz.
Əmirəslan bunlara çatıb qocadan soruşdu
– Kişi, bir on yaşında, o yanındakı boyda; başında nişanlı papaq, əynində boz mahuddan paltar, boynu yaşıl məxmər paltolu uşaq gördünmü?
– Yox, ağa, görmədim. Budur nəvəm ilə səhər ertədən bu yol ilə gedirik, amma elə uşağa rast gəlməmişik.
Əmirəslan bir az fikirli dayanıb atın başını geri döndərdi və qamçılayıb gözdən itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu.
– Əmi, nə yaxşı ki, paltarımı dəyişdin, yoxsa Əmirəslan məni öldürüb, bu meşəyə atacaqdı.
Dilənçi dedi
– Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmirəslan sənin itməyini yəqin divana mə’lum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adın nədir, de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladımı?
– Bəli, baba, anladım, — deyə Nurəddin cavab verdi.
Günortaya bir saat qalmış, meşənin qurtaracağında, Cənnətəli ilə Nurəddin ocaq qalayıb, meşədən yığdıqları köbələyi bişirib, dadlı moruq ilə yeməyə başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış yolçular gəlib şəhərə çıxdılar və gecə orada qalıb, səhər yola rəvan oldular. Kəndbəkənd dilənə-dilənə, on iki gündən sonra yolçular gəlib Cənnətəli deyən böyük şəhərə çatdılar.
Bədəninin və üst başının çirkindən və pasından, indi o gözəl və zərif Nurəddini tanımaq olmazdı. Zavallı uşaq, qızdırma azarından yeni qalxmış adam kimi ayaq üstündə dayana bilmirdi.
Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı amma gördüm deyən olmadı. Axırda bir adam, iki ay bundan əqdəm öldüyünü və heç bir şeyi olmadığına görə camaat pulu ilə basdırıldığını onlara xəbər verdi. Bundan ümidləri kəsildi.
Bir dəfə Cənnətəli xəstə olduğuna görə küçənin bir tinində oturub, Nurəddini dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi, çünki qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir kəsə əl uzada bilmədi. Bu tərəfdən də əliboş qayıtmağa qocadan xəcalət çəkirdi. Axırda Nurəddin bir geniş küçəni keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda daldan fayton içində bir adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi dedi:
– Yazıq dilənçi öldü.
O birisi dedi:
– Hərgah zəfərli yerindən basılmayıbsa heç zad olmaz. Bu halda adamlar geri çəkilib Rəhimə tə’zim etdilər.
– Boş-boş danışmaqdansa, bu yazıq uşağa kömək vermək yaxşı deyilmi, cəld götürüb bunu faytona qoyun.
Bir neçə adam Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi:
– Tez sür evə!
Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddini soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi:
– Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar. Ancaq uşağın özü çox zəif və bədəni də çox çirklidir. Bunlara əlac etməlidir. Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. Ancaq yerinin içində bulud və sabun ilə bədənini təmizləmək lazımdır.
Həkim gedəndən sonra Rəhim, arvadı Rəhiməni çağırıb dedi:
– Arvad, evə qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam.
Bu halda Nurəddin gözlərini açıb təəccüb ilə ətrafına baxırdı və harada olduğunu anlamırdı. Rəhimə onun başını sığallayıb dedi:
– Oğlum, adın nədir?
Rəhim dedi:
– Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma. Tez ol isti su, sabun və bulud hazır et. Uşağın bədənini yumaq lazımdır. Həkim belə əmr edibdir
Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə çırdı. İçindən bir balaca kitab çıxdı.
– Kişi, gör bu nədir, — deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi:
– Şükür olsun, axırda tapdım. — Sonra üzünü uşağa tərəf tutub dedi:
– Sənin adın Nurəddindirmi, oğlum?
– Bəli, — deyə Nurəddin zəif səslə cavab verdi.
Bunu eşidən Rəhimə soruşdu:
– Kişi, sən bunun adını haradan bildin?
– Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim «Gülüstandır».
– Bunu allah bizə övlad göndərmişdir.
– Afərin Rəhimə, yaxşı anlamısan, — deyə Rəhim Rəhimənin sözünü təsdiq etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya getdi.
Rəhim, Nurəddinin atası məhrum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi. İşinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq övladları qırılıb və rəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda arvadının tə’kidi və təklifinə görə, altı ay idi ki, almalısını alıb, satmalısını satmışdı; Rəhimin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə başlamışdı.
Həkim tə’yin etdiyi vaxtdan da irəli Nurəddin sağalıb ayağa durdu. Rəhim və Rəhimə Nurəddinin bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılını tamam edib Rəhimdən təvəqqe elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi:
– Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki, özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə. Kim bilir, yenə başına nə gələcəkdir.
Rəhimə sözünü qurtarmamışdı ki, Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi:
– Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
– Bəli, atam söyləyibdir, — deyə Nurəddin cavab verdi.
– İndi al, onun cildində yazılan yazını oxu.
Nurəddin alıb oxudu:
«Yaxşılıq elə balığı at dəryaya balıq bilməsə xaliq bilər». İmza: Rəhim».
– Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi, indi onun borcunu qaytarıb sən oğluna verirəm, — dedi. — Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm, Külpəri qəyyum olduğuna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz; çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələ.
Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir məişət başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü. Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi.
– Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm.
Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:
– Həmişə belə et, oğlum. Fəqir-fuqaranı yaddan çıxartma.
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər.
Rəhim Nurəddinə verdiyi sözə əməl edib, Baharın dalınca adam göndərmişdi. Bir axşam Nurəddin, Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi:
– Bahar, məni tanımırsan? — Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi:
– Vay, Nurəddin sağ imiş. — Bunu deyib Nurəddini bərk qucaqladı. Baharın bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan sonra dedi:
– Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən üç gün sonra kəndçilər papağını çaydan tapıb Əmirəslana vermişlər. O da divana mə’lum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki, Əmirəslanla Külpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər:
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-nureddin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çar zamanı idi... Hümmətəlinin evində qonaqlıq tədarükü görülürdü. Həyətin bir tərəfində qoyun soyulurdu, o biri tərəfində qazanlar asılmışdı, ortada palazlar salınmışdı, döşəklər düzülmüşdü. Hümmətəli döşək üstündə oturub, yastığa dirsəklənib, çubuq çəkə-çəkə qonaqlarını gözləyirdi.Hümmətəli neçə il idi ki, yaşadığı Meşəli və ətraf kəndlərə kəndxuda seçilərək yazıq kəndlilərin başına min bəla gətirirdi. Bu hərif, qara damlarda, ağac daxmalarda yaşayan kəndliləri hökumət verkisi adına soyaraq özü üçün böyük dövlət və bir də ağ daşdan bina olunmuş ikimərtəbəli ev düzəltmişdi.
Sona xala...On doqquzuncu ildə, mayın axırında, yay tə’tili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli «Ş» şəhərini yenidən bir də görmək şövqü mənə isti yolun əziyyətini unutdururdu. Günəş dağlar arxasına keçərək qayıb olduqda mən də şəhərə varid oldum.Səhər saat doqquzda Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni görcək boynuma sarıldı.
ZarafatŞaki qırx yaşlı bir aktyor idi. 15 yaşından başlamış könüllü sifətilə teatrlarda, müsamirələrdə iştirak etmişdi və hər növ əziyyətə qatlaşıb indi 25 illik səy’ və zəhmətilə iqtidarlı bir aktyor olmuşdu. Yoldaşları Şakinin xatirini istərdilər, onunla zarafat etməyi sevərdilər. Lakin Şaki son zamanlarda çox əsəbi olduğuna görə zarafatdan xoşu gəlməzdi, incıyərdi. Yoldaşları isə, buna baxmayaraq zarafatlarını daha da şiddətləndirirdilər.Şaki nənəsi ilə bərabər bir balaca otaqda yaşayırdı. Püstə nənə 70 yaşlı bir qarı idi. Uşaqlıqdan yetim qalmış nəvəsi Şakini bəsləyib böyütmüşdü. O, Şakini çox istərdi. Yalnız bircə narazılığı Şakinin aktyorluq etməsindən idi. Dindar qarı çox səy’ etdi ki, nəvəsini bu işdən daşındırsın, ancaq bacarmadı. Bu əməl üstə Şakinin axirətdə cəhənnəmdə yanmasına bərk inanmışdı, ona görə məhərrəmlikdə tə’kiyə saxlardı, ildə bir ay əvəzinə üç ay oruc tutardı. Məscidə, pirə, seyidə nəzir edərdi ki, bəlkə allah onun təqsirindən keçə. Püstə nənə mətbəxdə yatardı. Hər gecə Şaki teatrdan gələnə kimi ayıq qalıb, onun yeməyini hazır edərdi, sonra özü rahat olardı. Axır vaxtlar Şaki yuxudan qalxıb öz-özünə danışardı, gözlərinə dürlü-dürlü şəkillər görünür qışqırardı. Bu zamanlar Püstə nənə otağa gəlib deyərdi:
MüalicəMənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
Başqa şairlərin şeirləri
Yenə yad eylədim keçən günləri,Axdı gözlərimdən qan gedər oldu,
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
KəndimizEl oyanar yuxusundan,Dağ başını alarsa duman,
این خسیسان کز طمع طفل سخن می پرورندسربسر ابلیس طبع اند ار چه آدم پیکرند