Nə sağam indi
Nə kəmtale oldum mən bəxtiqara,Eyləyirsən mənə nə sağı indi.Bir dərdə düşmüşəm bulunmur çara,Nə ölə bilirəm, nə sağam indi.
Gəl qarşıma – hər qovğaya, qala sən,Mərd igidsən – el içində qala sən.Mən gedirəm, sağlıq ilə qalasan,İndi gül bədənim nəs ağa mindi.
Hazar gətdi dərdim üstə hazarı,Müxənnətin qabağında ha zarı.Məcnun təki gəz dağları, ha zarı,Gəl gör taleyimi, nəs ağa mindi.
Cavan ömrüm getdi bada, dərdindən,Cismim tab gətirmir bada dərindən.Abdulla xəstədir bada dərindən,Beymürvət qoymur ki, nəs ağam indi.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-ne-sagam-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Mən oldumÇərxin yaman gərdişindənƏcəb sərgərdan mən oldum
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.