Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!

Sən şəminə öz sevgili pərvanəni yandır,Batsın həsədindən qəmə biganə, gözəl qız!

Öz qaynatanı, qaynananı dindir ədəblə,Düşsün bu gözəl şöhrətin hər yanə, gözəl qız!

Artsın şərəfin cümlə qohum-qonşu yanında,İş gör ki, ola layiq o insanə, gözəl qız!

Biz oğlumuzu tapşırırıq bir sənə yalnız,Ancaq səni də sevdiyin oğlanə, gözəl qız!

Namusla, şərəflə yetirin siz başa ömrü,Mərd ailə vurmaz ləkə vicdanə, gözəl qız!

Qiymətli qəzəldir, bunu Vahid sənə yazmış,Sənsən sədəfi-ismətə dürdanə, gözəl qız!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq