Ey gül, səni kim ayrı salıbdır çəmənindən?
Ey gül, səni kim ayrı salıbdır çəmənindən?Aç gizli müəmmanı o qönçə dəhənindən.
Cənnət sözünə xəlqdə rəğbət azalıbdır,Cənnətdə nələr var ola artıq Vətənindən?!
Gülzari-Vətən seyrinə ahəstə qədəm qoy,Torpaq da ətirlənməlidir gül bədənindən.
Şux baxmağı, nazikliyi öyrəndi çəməndəNərgiz baxışından, güli-tər pirəhənindən.
Gizlətmə o gül çöhrəni zülf içrə, xətadır,Qoy feyzə yetək biz də güli-yasəmənindən!
Vahid sənin eşqinlə gəlir şurə həmişə,Tuti kimi ayrılma o şirin süxənindən!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-gul-seni-kim-ayri-salibdir-cemeninden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məni atdın, gözəlim, özgələrə yar oldun,Neyləmişdim, mənə yar olmadın, əğyar oldun?
Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Bivəfalıqda bütün aləmə məşhur oldun.
Könül, inanma o şuxə, vəfası yoxdur onunKönül, inanma o şuxə, vəfası yoxdur onun,Həqiqi məhrəm olan aşinası yoxdur onun.
Mən mailəm ol yarə, bəs indi necə olsun?Mən mailəm ol yarə, bəs indi necə olsun?Qoymuş məni avarə, bəs indi necə olsun?
Başqa şairlərin şeirləri · Eşq
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Bəlkə də...Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.
پیمانهکش و رند و خراباتی و مستیمتزویر ندانیم همینیم که هستیم