Fəxr etdik, o gül bəlkə bizim yarımız oldu,Tale bizə yar olmadı, əğyarımız oldu.

Aşiqlərə bülbül dedilər, biz də sevindik,Hər bir gülə verdikdə könül, xarımız oldu.

Durduq bir ümid ilə gözəllər tərəfində,Mindən birisi bəlkə tərəfdarımız oldu.

Sevdayi-qəmi-eşq idi sərmayəmiz əldə,Nə öylə xiridar, nə bazarımız oldu.

Təkfir ilə zikr etdi bizi mollanümalər.Zahid dediyi cənnətə inkarımız oldu.

Yar etdi cəfalar bizə, biganədən umduq,Düşmən bizə öz sevgili dildarımız oldu.

Vahid, fələyə əyməmişik sərvət üçün baş,Sərvət bizə öz gövhəri-əşarımız oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq