Qıldın əsir türryei-tərrarə könlümü
Qıldın əsir türryei-tərrarə könlümü,Zəncirə bağladın bu günü qarə könlümü.
Qıldım xəta, cəmalına bir eylədim nəzər,Saldın kəməndi-zülfünə biçarə könlümü.
Atdın həmişə səngi-cəfa, şişə könlümə,Sındırdın, almadın ələ sədparə könlümü.
Sinəm bərabərində ölümdən ki qorxmuram,Eylə nişanə birbəbir oxlarə könlümü.
Zülfün salıb kəməndə məni, dəstgir edib,Mənsur tək gərəkdi çəkə darə könlümü.
Qanım tökəndə xəncərü tiri-nigah ilə,Bir də, dübarə yarələmə yarə könlümü.
Aşiqlər içrə eşq büsatında Vahidəm,Zülfün xəyalı eyləyib avarə könlümü.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-qildin-esir-turryei-terrare-konlumu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə kəsib durmusan yüksək dağları?Susuzluqdan yanır gül budaqları,
Bizim yerdədirAy aşıq, söhbət aç güldən, çiçəkdən,Çəmənlər zinəti bizim yerdədir.
Buruq mahnısıBuruqda çıxmışam göylə yarışa,Bizə günəş, ay eyləyir tamaşa.
Azad qadınGözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
Başqa şairlərin şeirləri · Eşq
که جانان دارد و دلبر سبک دارد دل و جان آن
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.