Samur marşı
Nə kəsib durmusan yüksək dağları?Susuzluqdan yanır gül budaqları,Yolunu gözləyir Bakı bağları.Bizimdə ətrafa bir dolan, Samur!
Kanalın başında körpü salınır,Elin zəfər marşı hər gün çalınır,Qudurmuş çayların köpü alınır,Ey coşub dağlara səs salan, Samur!
Bizim də çöllərin ruhun tazala,Yayılıb şöhrətin elə, mahala,Özün gələcəksən axır kanala,Yalvara-yalvara, bunu qan, Samur!
Sənə qiymət verir böyük gələcək,Səninlə çöllərin üzü güləcək.Gəl bizim yerlərə, nazını çəkək,Xidmətində duraq hər zaman, Samur!Bizə həmişəlik bu şad bayramı,Oktyabr verib, eşidib hamı.Bu xoş gündən alır ellər ilhamı,Sən də gəl ol bizə mehriban, Samur!Ey coşub dağlara səs salan Samur!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-samur-marsi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könlüm sənə pabəstədir, ey şux, bir ildir,Nə öldürür eşqin məni axır, nə dirildir.
Xəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdirXəmidə qaşların fikrilə, ey məh, qamətim xəmdir,Mənə əbrulərin mehrabi-məsciddən müqəddəmdir.
Bizə divanəlik nə zülfdən, nə şanələrdəndirBizə divanəlik nə zülfdən, nə şanələrdəndir,Bu rəsmiyyət bizə bizdən qədim divanələrdəndir!
Könlüm yenə bülbül kimi şeydayi-vətəndirKönlüm yenə bülbül kimi şeydayi-vətəndir,Məcnun edən aşiqləri Leylayi-vətəndir.
Başqa şairlərin şeirləri · Vətən
Təbrizin bağlarından,Dərmişəm ətək-ətək.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
MəniƏlvan çiçəkləri ətir qoxulu,Yaşıl çəmənləri səhər yuxulu.
Ax!..Necə kef çəkməli əyyam idiAx!.. necə kef çəkməli əyyam idi,Onda ki, övladi-vətən xam idi!