Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!
Gözün qadasın alım, sən nə yaxşı dilbərsən!Deyil xilaf, desəm: Leyliyə bərabərsən.
Bu qaş, bu göz, bu məlahət ki, səndə var, ey gül,Qərəz ki, afəti-cansan, nə bilsən, eylərsən!
Nə müşk zülfünə bənzər, nə çeşminə ahu,Xəta deyil bu, desəm, müşkdən müəttərsən.
O küfr-zülfün əlindən məhaldır, qutaramKi, zərrə rəhm yoxundur, sən öylə kafərsən.
Verir həyat mənə dəmbədəm ləbin zikri,Sənə fəda mən olum, sən məgər peyəmbərsən?
Bəşər desəm sənə, olmaz bəşər bu surətdə!Pəri desəm də xətadır, vəleyk digərsən.
Sənin ki atəşi-hicranə böylə tabın var,Görən deyər sənə, Vahid, yəqin səməndərsən.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-gozun-qadasin-alim-sen-ne-yaxsi-dilbersen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qaşların tağı edib tağı-kəlisanı şikəst,Hüsnünün məshəfi İncil ilə Quranı şikəst.
Həmişə eşqinlə eylərəm fəğan, ey dostHəmişə eşqinlə eylərəm fəğan, ey dost,Olubdur hər tərəfə göz yaşım rəvan, ey dost.
Töküb rüxsari-alına nigarım zülfi-mişkinbuTöküb rüxsari-alına nigarım zülfi-mişkinbu,Sanarsan, xətteyi-Rumi tutubdur ləşkəri-hindu.
Səni görcək dedim, ey dil, nə dilaradır bu?!Səni görcək dedim, ey dil, nə dilaradır bu?!Bu qədər cazibə var bunda – Züleyxadır bu.
Başqa şairlərin şeirləri · Eşq
Dilqəm*Qasidi-bizəval, ərzi-halımı,
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınEy yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
TiflisQəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli