Günümü qıldı siyəh, ol məhi-taban getdi,Bilməm, ol mah görüb məndə nə nöqsan getdi?

Sayəvəş düşdü dalınca fərəhindən ürəyim,Hər yana naz ilə ol sərvi-xuraman getdi.

Tutivəş ayineyi-hüsnünə ol şəkkərləbQıldı axır məni sərgəştəvü heyran, getdi.

Ləşkəri-zülfünü cəm etmiş idi başında,Qıldı aşüftə məni, ol şəhi-xuban getdi.

Xaneyi-qəmdə məni dideyi-giryan iləQoydu Yəqubtək ol Yusifi-Kənan getdi.

Ağlaram, vəchi budur sübhü məsa bülbültək,Saldı qəm içrə məni, ol güli-xəndan getdi.

Vahid, ol mahivəşin həsrətini çəkməkdənTaqətü tabü təvan, səbri-dilü can getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri