Hitler deyir:

Hərb etməyimə it kimi mən peşmanam indi,Bildirki qəbahətlərimə düşmanam indi.

Hər yerdə döyürdüm döşümə, lovğalanırdım,Qarşımda duran düşmənimi körpə sanırdım;Lakin özümü şir kimi dəhşətli tanırdım,Qorxaq tulayam, böyrü batıq dovşanam indi,Hərb etməyimə it kimi mən peşmanam indi.

Son vaxta başım cəmdəyim üstündə oturmur;Əvvəldəki sürətlə də nəbzim daha vurmur.Sərkərdələrim gündə qaçır, cəbhədə durmur,Gör bir nə qədər bişərəfəm, bişanam indi;Hərb etməyimə it kimi mən peşmanam indi.

Hess qaçdı, başın dustağa girməklə qutardı,Çünki o zamanlarda bir ümmid yeri vardı;Öz qaçmağımın fikri mənim bağrımı yardı,Milyonla nemes xalqına mən düşmanam indi,Hərb etməyimə it kimi mən peşmanam indi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira