Hər il göyüzünün axan yerində,göyün yaşıla dönənində,bir də qayıtmayacaqceyranları, cüyürləri gözləyirqız qamətli otlar.

Ulduzları otlayıb keçir,zamanı adlayıb keçir,gəlin hörüklü atlar,dəmir körüklü dəvələr,zamanı adladıqcaqanadlı atlar ancaq dəvələri,qanadlı dəvələr atları sevərlər.

Dolaşır tikanlara otlarBir daha açılmayacaqtək,yaşıllardan yaşıl,ipəklərdən ipək.

Nizələri hazır tikanlardayanıb yan-yanaillərlə quruyurlar,qısqanc qardaşlartək qoruyurlarbaşqa yeri ərə getmək istəməyəntərs, tənha otları –tərs, tənha bacıları,yurdun ən məğrur sultanları,ən uca tacları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri